11 fiziki və hüquqi şəxs taksi sifarişi operatorluğu üçün icazə alıb

Bu günə qədər Azərbaycanda 11 fiziki və hüquqi şəxs taksi sifarişi operatoru kimi fəaliyyət göstərmək üçün icazə alıb.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.
Bundan başqa, o qeyd edib ki, indiyə qədər taksi daşımaları üçün 9 001 buraxılış vəsiqəsi verilib ki, bunun da 8 954-nü fərdi sahibkarlar, 47-ni hüquqi şəxslər alıb.
"Həmçinin 11 854 nəqliyyat vasitəsinə buraxılış kartı verilib ki, bunun da 11 171-ni fərdi sahibkarlar, 683-nü hüquqi şəxslər alıb. Nəqliyyat vasitələrinin 8 367-nin (71 %-nin) istehsal tarixi 2009-2015-ci illər arasında, 3 487-nin (29%) istehsal tarixi isə 2016-2024-cü illər arasındadır.
25 084 nəfər təlimə cəlb olunub, bunlardan isə 23 434 nəfər təlimi bitirərək şəhadətnamə alıb”, - deyə sədr əlavə edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
3 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
3 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
4 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 4 saat əvvəl
-
4 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
5 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 5 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
