Amazon 7,2 milyard dollarla satış rekordu qırıb
Minlərlə məhsula yüksək endirimlər tətbiq edilən "Prime Day" kampaniyasının ilk günündə Amazon şirkəti tarixindəki satış rekordunu yeniləyərək ABŞ-da 7,2 milyard dollarlıq satış həcminə çatıb. Adobe Analytics-in məlumatlarına görə, ilk gündə ABŞ-da bu kampaniya üzrə xərclər illik müqayisədə 11,7 faiz artıb. Keçən il "Prime Day" kampaniyasının ilk günündə 6,4 milyard dollarlıq alış-veriş edilmişdi. Tədbirin ikinci günündə ümumi satış həcminin 14 milyard dolları keçərək yeni rekorda çatması gözlənilir.Amerika texnologiya nəhəngi Amazon, minlərlə məhsula yüksək endirimlər tətbiq etdiyi "Prime Day" kampaniyasının ilk günündə şirkət tarixində satış rekordu qıraraq 7,2 milyard dollarlıq satış həcminə çatıb.
Marja.az "Adobe Analytics"in məlumatlarına istinadən xəbər verir ki, "Amazon Prime Day" endiriminin ilk günündə istehlakçı xərcləri illik müqayisədə 11,7 faiz artıb.
Bu il Amazon "Prime Day" kampaniyasını ABŞ-ın bir çox ştatında keçirir.
“Amazon-un 2 gündə 14 milyard dollarlıq satış həcminə çatacağı gözlənilir”
"Adobe Report"a görə, istehlakçılar "Prime Day 2023"ün ilk günündəki 6,4 milyard dollara qarşı "Prime Day 2024"ün ilk gündə 7,2 milyard dollar xərcləyiblər.
Çərşənbə axşamı, "Prime Day "tədbirinin ilk günü ABŞ-da ilin ən böyük e-ticarət satış günü olduğu bildirilib. İstehlakçıların mobil cihazlara 3,5 milyard dollar xərclədiyi ilin ən böyük mobil cihaz alış-verişi günü olub. "Adobe Analytics"in hesabatlarına görə, iki gün davam edən tədbir zamanı onlayn xərclər illik müqayisədə 10,5 faiz artaraq rekord 14 milyard dollar təşkil edəcək.
Adobe, "İndi al, sonra ödə" təklifinin illik 17,1 faiz artım və 540 milyon dollar satış təmin etdiyini açıqlayıb.
2023-cü ilin iyun ayındaki satışlarla müqayisədə qulaqlıq və Bluetooth kateqoriyası 164 faiz, elektronika 33 faiz, televizor satışı isə 83 faiz artıb. "Prime Day 2024"də indiyə qədər orta sifariş məbləği 60,03 dollar təşkil edib. Müqayisə üçün, son iki ilin (2022 və 2023) "Prime Day"ində orta sifariş məbləği müvafiq olaraq 56,64 və 53,14 dollar olub.
Hesabatda yüksək satış rəqəmlərinin qiymət artımı ilə deyil, yeni tələblə bağlı olduğu bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər







.jpg)








.jpg)






