İri kapitallı “Premium Bank”ın xalis mənfəəti artıb

“Premium Bank” ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 5 milyon 673 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 5 milyon 112 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Premium Bank”ın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 561 min manat və ya 11% artıb.
XƏRCLƏRİ AZALIB
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində “Premium Bank” ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 23 milyon 944 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 18 milyon 359 min manat, əməliyyat mənfəəti 5 milyon 585 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 87 min manat mənfəətə əlavə olunub.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin ilk 6 ayı ərzində “Premium Bank” ASC-nin cəmi əməliyyat gəlirləri 24 milyon 718 min manat, cəmi əməliyyat xərcləri 19 milyon 898 min manat, əməliyyat mənfəəti 4 milyon 820 min manat təşkil etmişdi. Həmçinin, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 291 min manat mənfəətə əlavə olunmuşdu.
KREDİT PORTFELİNİ QORUNUB
30 iyun 2024-cü il tarixində “Premium Bank” ASC-nin kredit portfelinin məbləği 471 milyon 853 min manat təşkil edib. Bu məbləğ ötən ilin sonu ilə müqayisədə (471 milyon 866 min manat) təxminən eyni səviyyədədir.
Cari ilin ilk yarısında ötən ilin sonu ilə müqayisədə Bankın istehlak kreditləri portfeli 6 milyon 614 min manat və ya 34,4% artaraq 25 milyon 862 min manata, ipoteka kreditləri portfeli isə 4 milyon 512 min manat və ya 6,7% artaraq 71 milyon 491 min manata çatıb. Bankın cəmi kredit portfelinin 80%-ə yaxın hissəsini və ya 374 milyon 500 min manatını biznes kreditləri təşkil edib.
30 iyun 2024-cü il tarixində “Premium Bank” ASC 647 milyon 308 min manat cəmi aktivlərə, 473 milyon 99 min manat cəmi öhdəliklərə malik olub. O cümlədən, cəmi öhdəliklərin 387 milyon 953 min manatını depozitlər təşkil edib.
MƏCMU KAPİTALI 168 MİLYON MANATDAN ÇOXDUR
30 İyun 2024-cü il tarixində “Premium Bank” ASC 168 milyon 260 min manat məcmu kapitala malik olub. Bu da, Mərkəzi Bankın kommersiya banklarına qarşı minimal məcmu kapital tələbindən 3 dəfədən çox yüksəkdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 39 d. əvvəl
- 42 d. əvvəl
-
-
46 d. əvvəl
Tramp ABŞ-a idxal olunan ağır yük maşınlarına 25% gömrük rüsumu tətbiq etdi
-
51 d. əvvəl
Tramp 1 oktyabr tarixindən idxal dərmanlarına 100% rüsum tətbiq edəcək
-
1 saat əvvəl
Çin şirkətinin nümayəndə heyəti ilə görüş baş tutub, ARDNF "hazırıq" mesajını verib
- 1 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
-
14 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
14 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
14 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 14 saat əvvəl
Son Xəbərlər

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

Rusiyanın məhdudiyyətləri fonunda neft bahalaşıb

Bosch 13 min işçisini ixtisar edəcək

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
Ən çox oxunanlar

“Azkredit"in xalis mənfəəti artıb

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib
