"Ağdam, Füzuli, Xocalı və Şuşada quruculuq işlərində bizim istehsal etdiyimiz mebellər istifadə olunub"
Laçında “Zerti” Aqrosənaye Parkında yerləşən mebel fabriki azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində böyük əhəmiyyətə malikdir. Bu fabrik bütün Qarabağ ərazisindəki quruculuq işlərində istifadə olunan mebellərin, qapıların və kiçikhəcmli inşaat materiallarının istehsalı ilə məşğul olur.
Hazırda fabrikin 60-dan çox işçisi var. Onların 43 nəfəri isə Laçına köçürülən laçınlılardır.
Fabrikdə baş usta vəzifəsində çalışan Yusuf Aksüd eyd edib ki, xüsusilə, Laçına köçürülən sakinlərin işlə təmin edilməsi fabrikin öncəliyidir.
"Mebel fabrikinin ölkə üzrə istehsal həcmi və keyfiyyət zəmanəti kifayət qədər yüksəkdir. Burada istehsal olunan mebellərin xammalı, materiallar Rusiya, Türkiyə və digər ölkələrdən idxal edilir. Bütün məhsullar burada tam hazır mebel vəziyyətinə gətirildikdən sonra Qarabağda bərpa-quruculuq prosesində iştirak edən şirkətlərin sifarişlərinə uyğun olaraq çatdırılır və quraşdırılır", - baş usta deyib.
Y.Aksüd xüsusilə qeyd edib ki, fabrikdə istehsal olunan mebellər yüksək keyfiyyətə malikdir və dizaynerlər, mühəndislər tərəfindən hər bir evin böyüklüyünə, xüsusiyyətinə uyğun hazırlanır:
"Azad edilmiş ərazilərdə fəaliyyət göstərmək bizim üçün fəxrdir. Ona görə burada gördüyümüz hər işə daha çox can yandırırıq. Bütün evlərin dizaynı da standartlara uyğun həyata keçirilir, eyni zamanda biz mebelləri hazırlayarkən sakinlər üçün əlverişli və uzunmüddətli istifadə edilməsinə çalışırıq. İndiyə qədər Ağdam, Füzuli, Xocalı, Şuşa və digər bölgələrdəki quruculuq işlərində bizim istehsal etdiyimiz mebellər istifadə olunub. Hazırda Kəlbəcərdə tikilən evlər üçün mebellər, qapılar hazırlamışıq. Onların yaxın günlərdə tam quraşdırılması bitəcək və çox güman ki, sakinlərin "böyük qayıdışı" üçün bütün hazırlıq işləri yekunlaşacaq".
Həmsöhbətimiz onu da vurğulayıb ki, mebel fabrikində çalışan işçilər müəssisənin Xırdalan şəhərində yerləşən filialında xüsusi təcrübə keçiblər.
"Biz işçilərimizə, eləcə də laçınlılara orada əvvəlcə işi öyrətdik, onların istehsalat prosesində tam hazır şəkildə cəlb olunması üçün bütün məlumatlandırmanı təmin etdik. İndi onlar fabrikdə fəaliyyət göstərərək bacarıqlarını təkmilləşdirirlər. Gələcəkdə burada 150-yə yaxın işçinin çalışmasını, həmçinin bütün ölkə ərazisindən sifarişlərin rahat şəkildə qəbulu və çatdırılmasını həyata keçirə biləcəyik.
Onu da qeyd edim ki, artıq sakinlər bizim ustaların peşəkarlığına, mebellərin keyfiyyətinə güvənirlər. Ona görə də Laçın şəhəri, Zabux və Sus kəndlərində, o cümlədən digər azad olunmuş ərazilərdə mebellərlə bağlı usta məsləhətinə, hansısa xidmətə ehtiyacı olan sakinlər bizə müraciət edirlər, onlara fərdi şəkildə də köməklik göstərə bilirik", - deyə baş usta qeyd edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 d. əvvəl
Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
-
-
16 d. əvvəl
PAŞA Bank 8 Mart münasibətilə premium Miles&Smiles kartlarına 50% endirim elan edir
-
49 d. əvvəl
Müdafiə Nazirliyi: Cavab tədbirləri hazırlanır və bu hücum aktları cavabsız qalmayacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xarici İşlər Nazirliyi: İran Naxçıvana dron hücumu edib, 2 mülki şəxs xəsarət alıb
-
1 saat əvvəl
Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlər tənzimlənəcək - FƏRMAN
-
1 saat əvvəl
Martın 5-də gözlənilən hava şəraiti - Sabah Bakıda 15 dərəcə isti olacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb
Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlər tənzimlənəcək - FƏRMAN
Ən çox oxunanlar
İran Naxçıvana dronla zərbələr endirib
Yeni “Qoşa” lotereyası satışa çıxıb
Bu dəfə Ermənistana gübrə də göndərir - Qatar Biləcəridən yola düşüb
Azərbaycanda "ƏDV geri al" mexanizmi tam avtomatlaşdırılır
"Səudiyyə Ərəbistanının anbarları dolur, neft hasilatını azaltmasına iki həftə qalıb"

























