Qlobal bazarlarda yeni rekord
Qlobal bazarlar ABŞ-ın kənd təsərrüfatı sektoru xaric məşğulluq məlumatlarına diqqət yetirərkən, birjalarda yeni rekorda imza atılıb. MSCI World indeksində yeni rekord qeydə alınıb.Qlobal fond bazarları ABŞ-ın qeyri-kənd təsərrüfatı məşğulluq və əmək haqqı məlumatlarından əvvəl rekord səviyyələrə yüksəlib. MSCI World Index ABŞ-dan bir sıra məlumatların dəstəyi ilə rekord qırıb.
Marja xəbər verir ki, Asiyada Yaponiyanın Topix indeksi də gün içi rekord səviyyəyə çatıb. Koreya səhmləri isə Samsung-un balans hesabatı ilə bahalaşıb. ABŞ fond fyuçersləri səhər saatlarında bir qədər yüksəkdir. İstiqrazlar kənd təsərrüfatı sektoru xaric məşğulluq məlumatları ərəfəsində sakit qalır. ABŞ-ın 10 illik istiqrazlarının faizi 4,359 faizdir.
Bloomberg Dollar İndeksi sterlinqin möhkəmlənməsi səbəbindən 0,1 faiz geriləyib.
Bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq ABŞ-da məşğulluq məlumatlarının qeyri-kənd təsərrüfatı sahəsində məşğulluğun yavaşlamasını və əmək haqqı artımlarının soyumasını əks etdirəcəyi gözlənilir.
Bloomberg-in sorğusunda əks olunan gözləntilərə görə, ABŞ iqtisadiyyatı iyun ayında 191 min xalis kənd təsərrüfatı xaricində iş yeri yaradıb. Bu məlumat may ayında 272 min idi.
Orta saatlıq əmək haqqının illik 3,9% artacağı gözlənilir ki, bu da son üç ilin ən aşağı artım səviyyəsidir (Mayda illik 4,1% artmışdı). İşsizlik səviyyəsinin də 4 faiz səviyyəsində qalacağı gözlənilir ki, bu da son iki ildən artıq müddətdə ən yüksək səviyyədir. Əgər gözləntilər özünü doğrultsa, əmək bazarındakı bu tədricən soyuma FED-in bu il iki faiz endirimi etməsi ssenarisini gücləndirə bilər.
Orta saatlıq əmək haqqının aylıq 0,3% artacağı proqnozlaşdırılır. Mayda aylıq müqayisədə artım 0,4% təşkil etmişdi.
İnvestorlar sentyabr və dekabr aylarında olmaqla bu il FED-dən iki faiz endirimi gözləyirlər.
Bloomberg Economics-in iqtisadçıları, "Məşğulluqla bağlı məlumatlar FED-in səbirli olması lazım olduğunu göstərsə də, işsizlik nisbətindəki artım FED-i tələsdirə biləcəyindən xəbər verir. Biz inanırıq ki, FED sentyabr iclasında faiz dərəcələrini azaltmağa başlamaq üçün daha çox sübut əldə edəcək", - deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)







