Dünyanın ən hündür dəmir yolu körpüsündə qatarın sınaq gedişi həyata keçirilib
Rəsmilərin dediyinə görə, bu xətt üzrə dəmir yolu yaxın vaxtlarda fəaliyyətə başlayacaq.Hindistanda dəmiryol işçiləri ölkənin şimalındakı Cammu və Kəşmirdə dünyanın ən hündür körpüsündə qatarın sınaq gedişini uğurla həyata keçiriblər.
Marja.az xəbər verir ki, dağ mənzərələri fonunda qatarın körpünün üstündən keçməsinin videosu yayımlanıb.
Rəsmilərin dediyinə görə, bu xətt üzrə dəmir yolu xidmətləri yaxın vaxtlarda başlayacaq.
Dünyanın ən hündür dəmir yolu körpüsü Cammu və Kəşmir ərazisində inşa edilib. Körpü Himalay dağlarının ətəklərində Çənab çayı üzərində tikilib, çay yatağından hündürlüyü 359 m, orta su səthinin səviyyəsindən (çay mövsümdən asılı olaraq səviyyə dəyişir) ən azı 322 metrdir. Hindistan rəsmiləri deyir ki, bu göstəricilər körpünü planetin ən yüksək dəmir yolu körpüsü edir.
Çinab körpüsü bu yerlərdə tez-tez baş verən zəlzələlərə, həmçinin 74 m/s-ə çatan küləyin əsməsinə tab gətirmək iqtidarındadır. Körpünün uzunluğu 1,3 km-dir.
Plana görə, körpünün 2019-cu ildə inşası nəzərdə tutulurdu, lakin bir sıra səbəblərdən, o cümlədən koronavirus pandemiyası səbəbindən tikintinin başa çatması ləngidi.
Son illərdə Yeni Dehli bu dağlıq ərazidə nəqliyyat əlaqələrinin inkişafına böyük diqqət yetirir və burada fəal şəkildə dəmir yolları çəkilir. Rəsmilər ümid edirlər ki, nəqliyyat şəbəkəsinin yaradılması Hindistan Kəşmirinin iqtisadi tərəqqisinə töhfə verəcək və bu, islamçı qrupların fəal olduğu regionda gərginliyin azaldılmasına kömək edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib

























