Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Hazırda ölkənin kənd təsərrüfatı təyinatlı ərazilərinin 25%-i sığorta təminatı altına alınıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Hazırda ölkənin kənd təsərrüfatı təyinatlı ərazilərinin 25%-i sığorta təminatı altına alınıb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda  Azərbaycan Respublikasının Mərkəzi Bankı və İcbari Sığorta Bürosunun strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə beynəlxalq "Xprimm" şirkətinin təşkilatçılığı ilə "Azərbaycan Beynəlxalq Sığorta Forumu - 2024" keçirilir.

Marja.az xəbər verir ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Forumda çıxış edib.

Reklam_3_11

Nazir deyib ki, aqrar sektorda mövcud vəziyyətin dəyərləndirilməsi, kənd təsərrüfatı sahəsində dövlət-özəl sektor əməkdaşlığının inkişaf etdirilməsi baxımından belə tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir:

"Hamıya məlumdur ki, kənd təsərrüfatı birbaşa təbiətlə bağlı sahədir. Bu mənada planetimizdə müşahidə olunan qlobal iqlim dəyişikliyi aqrar sahəyə mənfi təsirini artırmaqdadır. Qlobal istiləşmə, atmosfer yağıntılarının azalması vəya anormal paylanması, sel və subasma hadisələri, torpaqların davamlı erroziya və şoranlaşmaya məruz qalması aqrar sahə üçün ciddi çağırışlar yaradır. Azərbaycan hökuməti öz növbəsində iqlimə uyğun kənd təsərrüfatı sistemlərinin inkişafına dəstək verir. İqlimə uyğun ağıllı əkinçilik və bağçılıqda müasir texnologiyalarının tətbiqi stimullaşdırılır.

 Məcnun Məmmədov qeyd edib ki, aqrar sahənin davamlı inkişafının təmin edilməsi baxımından vacib məsələlərdən biri də aqrar sığorta mexanizmidir:

"Qabaqcıl dünya təcrübəsinə əsasən sığorta mexanizmləri aqrar sektorda risklərin idarəedilməsi və davamlı fəaliyyətin təmin edilməsi üçün ən mühüm mexanizm hesab olunur. Azərbaycanda tətbiq edilən aqrar sığorta modeli dünyada olan analoji sistemlərin uğurlu tətbiqinə əsaslanaraq hazırlanıb. Ölkəmizdə aqrar sığorta sistemi qardaş Türkiyə Respublikasının TARSİM sisteminin təcrübəsi və dəstəyi ilə formalaşdırılıb. Bu model fermerlərimizin dayanıqlı fəaliyyətlərini təmin etmək, sahəyə marağın stimullaşdırılmasını həyata keçirmək və gəlirlərinin davamlılığını qorumaq üçün nəzərdə tutulub. Dövlət-özəl sektor əməkdaşlığına əsaslanan bu model işlək və uğurlu bir modeldir. Belə ki, məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldır, fermerlərə dövlət dəstəyini gücləndirir, məşğulluğa müsbət təsir edir, ərzaq təhlükəsizliyinə töhfə verir və sığorta bazarını gücləndirir. Bu baxımdan ölkəmizdə aqrar sığorta mexanizminin tətbiqi dövlətin aqrar sahəyə dəstəyinin növbəti təzahürü kimi qiymətləndirilməlidir".

Nazir qeyd edib ki, Azərbaycanda aqrar sığorta modelinin əsas xüsusiyyətlərindən biri onun kifayət qədər geniş əhatə dairəsinə malik olmasıdır:

"Fermerlərə 41 bitki növü üzrə 14 riskdən, heyvandarlıq üzrə 8 riskdən sığorta təminatı təklif edilir. Təklif edilən aqrar sığorta xidmətləri ölkədə fəaliyyət göstərən fermerlərin 96%-i üçün xidmətlərin əlçatanlığını təmin edir. Hazırda ölkənin kənd təsərrüfatı təyinatlı ərazilərinin 25%-i sığorta təminatı altına alınıb. Aqrar Sığorta Fondu tərəfindən sığorta təminatı verilmiş fermerlərə baş vermiş sığorta hadisələrinə görə ödənilən təzminatlar ildən-ilə artmaqdadır. Bu amil zərərçəkənlərə fəaliyyətlərini bərpa etməyə və kənd təsərrüfatı fəaliyyətlərini fasiləsiz davam etdirməyə imkan verir.

Aqrar sığorta sektoru ilə bağlı hədəflərimiz genişdir. Yaxın gələcəkdə aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi, iqlim dəyişikliyinin kənd təsərrüfatı sektoruna təsirinin minimuma endirilməsi məqsədilə daha innovativ sığorta məhsullarının təqdim edilməsi nəzərdə tutulur.

Eyni zamanda vurğulamaq istərdim ki, ölkəmizdə uğurla tətbiq olunan sığorta modeli müxtəlif ölkələr tərəfindən maraqla qarşılanmaqdadır. Bu istiqamətdə qardaş Özbəkistanla olan əməkdaşlığı nümunə verə bilərəm".

20.06.2024 10:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil xəbər lentinin aşağısı_23
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ