10% gəlir vəd edən "Kapital Bank”ın istiqrazları ilə maraqlananların nəzərinə!
(®) 13 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında "Kapital Bank” ASC-nin sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları listinqə daxil edilib. Premium bazar seqmentində listinqə daxil edilmiş qiymətli kağızların ümumi həcmi 50 000 000 AZN təşkil edir.
İstiqrazlar üçün abunə yazılışı 5 iş günü ərzində davam edəcək, 14 iyun 2024-cü il tarixindən başlayacaq və 25 iyun 2024-cü il tarixinə tamamlanacaq. Qiymətli kağızların yerləşdirilməsi 27 iyun 2024-cü il tarixində həyata keçiriləcək.
Qeyd edək ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 AZN, tədavül müddəti isə 1 il təşkil edir. Gəlirə gəldikdə isə, qiymətli kağızlar investorlara illik 10% gəlirlilik təmin edəcək. İstiqrazların ödəmə periodu ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq təyin edilib. Anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olan qiymətli kağızların sayı 500 000 ədəd təşkil edir.
İstiqrazlara investisiya ilə maraqlanır, kapital bazarlarında etibarlı maliyyə alətlərinə yatırım etmək istəyirsinizsə, “PAŞA Kapital” ilə əlaqə saxlaya bilərsiniz.
“PAŞA Kapital”-ın xidmət və məhsulları barədə daha ətraflı məlumat üçün https://www.pashacapital.az/ rəsmi saytına daxil ola və ya 1548 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















