Gəncədə yanğınsöndürmə texnikası istehsal olunacaq - RAZILAŞMA
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi, “Minsk Avtomobil Zavodu” ASC (MAZ) və “Pojsnab” MMC arasında Belarus yanğınsöndürmə texnikasının Azərbaycanda istehsalının təşkilinə dair üçtərəfli müqavilə imzalanıb.
Bu barədə Belarus KİV-ləri xəbər verir.
Bu sənəd iyunun 6-da Azərbaycan nümayəndə heyətinin Belarusun paytaxtı Minskin “Belkommunmaş” müəssisəsinə səfəri zamanı imzalanıb.
“Şassi MAZ, asma yanğınsöndürmə texnikası “Pojsnab” şirkəti tərəfindən istehsal edəcək, texnikanın yığılması isə burada həyata keçiriləcək”, - “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib.
O, həmçinin xatırladıb ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana bu yaxınlarda dövlət səfəri zamanı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin ehtiyacları üçün 400 ədəd yanğınsöndürmə texnikasının alınmasına dair memorandum imzalanıb: “Müqavilə 4 il müddətinə nəzərdə tutulub”.
Belarusla qarşılıqlı əlaqələrdən danışan X.Fətiyev bildirib ki, “Gəncə Avtomobil Zavodu”nda 4,5 minə yaxın MAZ markalı avtomobil və 15 min traktor yığılıb: “Biz elektrobusların yığılmasına da başlamışıq. Belaruslularla işləmək mümkündür və lazımdır”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























