Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Satışını artırmaq istəyən şirkətlərin nəzərinə – PEŞƏKARDAN MƏSLƏHƏT AL

iç səhifə xəbər başlığı altı (mobil)_31
Satışını artırmaq istəyən şirkətlərin nəzərinə – PEŞƏKARDAN MƏSLƏHƏT AL
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) 08 iyun 2024-cü il tarixində, Bakıda “HBN Academy”nin təşkilatçılığı ilə tanınmış təlimçi Ercan Telci tərəfindən “Satışda peşəkarlaşmaq və satışları artırmaq üçün məsləhətlər” mövzusunda təlim keçiriləcək.

Korporativ satış və marketinq üzrə təlimçi, “Satış Hikməti” kitabının müəllifi və Türkiyənin “Ən yaxşı satış təlimçisi” mükafatı ilə təltif olunmuş Ercan Telcinin satış sahəsində 40 ilə yaxın, təlimdə isə 14 illik təcrübəsi var. O, 400-dən çox böyük şirkət üçün korporativ satış və motivasiya təlimləri təşkil edib.

“Satışda peşəkarlaşmaq və satışları artırmaq üçün məsləhətlər” təlimi sahibkarlar, şirkət rəhbərləri, şirkətlərin satış üzrə əməkdaşları, inandırmaq qabiliyyətindən əmin olmayanlar, satışın müəyyən mərhələlərində çətinlik çəkənlər, satış və marketinq bacarıqlarını genişləndirmək istəyən hər kəs üçün nəzərdə tutulub.

Təlim proqramı “Müştəri kimdir?”, “Müştərinin şüuraltı kodlarına və düşüncəsinə nüfuzetmə”, “Fizioloji və psixoloji satış”, “Müştərilərin satınalma qərarlarına təsir edən amillər”, “Etirazları və qiymət etirazlarını necə idarə etməliyik?” və “Effektiv nitqin 3 sehrli texnikası” mövzularından ibarətdir.

Təlim müxtəlif interaktiv metodları (rol oyunları, qrup çalışmaları, tematik testlər, təlim çarxları, debatlar və s) özündə cəmləşdirən intensiv dərslərdən ibarət olacaqdır. Təlim zamanı iştirakçılar bu sahədəki real vəziyyəti təhlil edəcək, mövcud bacarıq və təcrübələrini nümayiş etdirəcək, yeni bilik və onların tətbiqi üsullarını öyrənəcəklər.

Həyatınızı dəyişdirmək, satışınızı artırmaq, bir məhsul və ya xidməti satmağın ən asan yolunun nə olduğunu öyrənmək istəyirsinizsə, bu fürsəti qaçırmayın.

8 İyun 2024-cü il tarixində (şənbə günü) Bakıda Heydər Əliyev prospekti 152 ünvanında yerləşən “Çinar Plaza”nın konfrans zalında  keçiriləcək təlim 5 saat davam edəcək (saat 09:00 – 14:00). Təlimdə iştirak edənlərə sertifikat təqdim olunacaq. Təlimin qiyməti yerlərdən asılı olaraq 60 manat, 80 manat və 120 manatdır.

Təlim haqqında daha ətraflı burada oxuya bilərsiniz.

Əlaqə: (+994) 77 209 37 37
Mail: [email protected]

https://www.instagram.com/hbnacademy.az

07.06.2024 09:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ