BP-nin vitse-prezidenti Bakıya gəlib
bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel 29-cu Bakı Enerji Həftəsi və Forumunda iştirak etmək üçün Bakıda planlaşdırılmış üçgünlük işgüzar səfərdədir.
“BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, Qordonun səfər proqramı sabah Enerji Həftəsinin açılışı ilə başlayır. Bu tədbirdə Qordona bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz və şirkətin regional rəhbərliyinin digər üzvləri də qoşulacaq.
Qeyd edilib ki, builki Enerji Həftəsində bp fəxrlə dünya səviyyəli Azəri-Çıraq-Günəşli (AÇG) yatağının 30-illik uğur hekayəsini təqdim edəcək. AÇG-nin əməliyyatçısı olaraq bp bu nəhəng yatağın Azərbaycanın müstəqilliyini dəstəkləyən, xalqın həyatını dəyişdirən və ölkənin dayanıqlı gələcəyini təmin edən bir milli sərvətə çevrilməsində mühüm rol oynayıb.
bp-nin stendində Qordon və Qəri AÇG-nin keçdiyi möhtəşəm tarixi yola nəzər salacaq və müxtəlif texnologiyaların köməyi ilə yataqdan maksimum neftverməyə nail olmaq üçün şirkətin hazırda gördüyü işlər haqqında məlumat verəcəklər. Onlar həmçinin bp-nin regiondakı digər layihələri, o cümlədən beş cinahın sonuncusu olan şərq-şimal cinahından bu yaxınlarda hasilata başlamış nəhəng Şahdəniz qaz yatağının işlənməsi layihəsi üzrə görülən işlərin hazırkı vəziyyəti ilə bağlı məlumatları bölüşəcəklər.
Səfər çərçivəsində Qordonun həmçinin bir sıra şirkətxarici görüşləri, bp-nin regional rəhbərliyinin üzvləri ilə biznes prioritetlərinin müzakirəsi və yerli televiziya ilə planlaşdırılmış bir müsahibəsi də gözlənilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 7 d. əvvəl
- 9 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















