“Crescent Mall”da yeni “McDonald's” restoranının açılışı olub - FOTO
(®) Mayın 28-də “Crescent Mall” ticarət mərkəzinin fudkortunda sayca 25-ci “McDonald's” Azərbaycan restoranının açılışı baş tutub.
Müasir mühəndis və texnoloji həllərdən istifadə edilməklə layihələndirilmiş yeni “McDonald's” restoranı qida sənayesi sahəsində mövcud ən son texnologiyaların tələblərinə cavab verən avadanlıqlarla təchiz olunub. Qonaqlara çevik və operativ xidmət göstərmək üçün şəbəkənin digər restoranlarında olduğu kimi burada da kassa aparatlarından əlavə interaktiv özünəxidmət köşkləri quraşdırılıb.
Bu restoranın açılışı ilə 90-dan çox yeni iş yeri yaradılıb. Aparıcı ictimai iaşə şəbəkələrindən biri olaraq, “McDonald’s Azərbaycan” şirkəti ümumilikdə 2500 nəfərdən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir.
Azərbaycana sərmayə yatıran ilk qlobal brendlərdən biri olan “McDonald’s” şirkəti 25 ildir ki, yerli istehsalın genişlənməsinə xidmət etməklə, ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir.
“McDonald's” Azərbaycanın tədarük və logistika, işəgötürmə kimi iqtisadiyyatın müxtəlif sektorlarından olan 100-dən çox yerli şirkətlə, eləcə də informasiya texnologiyaları, marketinq və s. şirkətlərlə davamlı əməkdaşlığı da xüsusi əhəmiyyət kəsb edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 saat əvvəl
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
12 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
12 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb


















