Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Vergi, Gömrük üçün büdcə planları artırılır, Mərkəzi Bank da büdcəyə pul köçürəcək

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların məbləği 15 milyard 270 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1 milyard 405 milyon manat və ya 10,1 faiz çoxdur.Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft sektoru üzrə daxilolmalar 10 milyard 690 milyon manata çatdırılır ki, bu da cari il üçün təsdiq olunmuş göstəricilərlə müqayisədə 800 milyon manat və ya 8,1 faiz, 2023-cü ilin icra göstəricisi ilə müqayisədə isə 982,1 milyon manat və ya 10,1 faiz çoxdur. Azərbaycan Respublikası Mərkəzi Bankınna reallaşdırılmış mənfəətinin sərbəst qalığından dövlət büdcəsinə 250 milyon manat köçürmək tapşırılır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergi, Gömrük üçün büdcə planları artırılır, Mərkəzi Bank da büdcəyə pul köçürəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, 2024-cü il dövlət büdcəsinə dəyişikliklər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq təklif olunur. 

Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən amillər aşağıdakılardır:

Reklam_3_11

Böyük Qayıdış Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatının yaradılması;

- Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərqərar edilməsindən sonrakı dövrdə də dövlətin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, ordumuzun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması;

- Bir sıra yeni infrastruktur layihələrinin (avtomobil yollarının tikintisi, elektrik şəbəkəsinin gücləndirilməsi, suvarma və irriqasiya sistemlərinin yaxşılaşdırılması və s.) həyata keçirilməsi, habelə beynəlxalq fəaliyyət və tədbirlər üzrə xərclər, dəmiryol vasitəsilə şəhərətrafı sərnişin daşınması və digər daşımalar üzrə subsidiyaların verilməsi, nəqliyyat vasitələrinin utilizasiyası fondunun xərcləri və digər zəruri əsaslı alışlar üzrə əlavə maliyyə təminatının yaradılması;  

- Əlavə maliyyə təminatının yaradılması üçün cari ilin büdcə gəlirlərinin mövcud vəziyyəti və dinamikası etibarlı zəmin yaradır. Belə ki, cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çoxalması, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına dair ötən ilin sonlarında verilmiş proqnozun yenilənməsi və ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 3 milyard manat artırılması 2024-cü ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının formalaşmasını və bölünməsini gündəmə gətirir. 

Dövlət büdcəsinin 3 milyard 796,1 milyon manat məbləğində əlavə maliyyə tələbatı onun yenilənmiş proqnozlarına əsasən gəlirlərinin artırılması, təsdiq olunmuş bəzi xərclərinin optimallaşdırılması və yenidən bölgüsü nəticəsində formalaşan sərbəst vəsaitin, habelə dövlət büdcəsi kəsirinin böyüdülməsi hesabına qarşılanması nəzərdə tutulur:

− əlavə qeyri-neft gəlirləri – 1 milyard 300 milyon manat;

− əlavə neft gəlirləri – 605 milyon manat;

− Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından ayırmalar – 250 milyon manat;

− “Nəqliyyat vasitələrinin utilizasiyası Fondu”nun (məqsədli büdcə fondu) gəlirləri - 25 milyon manat;

− dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması və yenidən bölgüsü – 851,8 milyon manat.

− dövlət büdcəsinin kəsirinin böyüdülməsi - 764,3 milyon manat;

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin gəlirləri

​Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36 milyard 353 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 180 milyon manat və ya 6,4 faiz çoxdur.  

Dövlət büdcəsinin gəlirlərinin 48,9 faizi və ya 17 milyard 769 milyon manatı neft sektorunun, 51,1 faizi və ya 18 milyard 584 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2024-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 605 milyon manat və ya 3,5 faiz artırılır ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 387,4 milyon manat (2,1 faiz) azdır, qeyri-neft sektoru üzrə isə təsdiq olunmuş göstəriciləri ilə müqayisədə 1 milyard 575,0 milyon manat və ya 9,3 faiz artırılır ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 1 milyard 504 milyon manat (8,8 faiz) çoxdur.

Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstərici ilə müqayisədə 1,3 faiz bəndi çox (51,1 faiz) təşkil edəcəkdir.

Dövlət büdcəsi gəlirlərinin 15 milyard 270 milyon manatı və ya 42 faizi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 6 milyard 400 milyon manatı və ya 17,6 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 12 milyard 781,0 milyon manatı və ya 35,1 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 831 milyon manatı və ya 2,3 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 821 milyon manatı və ya 2,3 faizi sair gəlirlərin, 250 milyon manatı və ya 0,7 faizi isə Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından ayırmaların payına düşür.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların məbləği 15 milyard 270 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1 milyard 405 milyon manat və ya 10,1 faiz çoxdur.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 4 milyard 580 milyon manatı və ya 30 faizi neft sektorunun, 10 milyard 690 milyon manatı və ya 70 faizi isə qeyri-neft sektorunun payına düşəcəkdir.

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft sektoru üzrə daxilolmalar 10 milyard 690 milyon manata çatdırılır ki, bu da cari il üçün təsdiq olunmuş göstəricilərlə müqayisədə 800 milyon manat və ya 8,1 faiz, 2023-cü ilin icra göstəricisi ilə müqayisədə isə 982,1 milyon manat və ya 10,1 faiz çoxdur.

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 6 milyard 400 milyon manat məbləğinə çatdırılır ki, bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 500 milyon manat və ya 8,5 faiz çoxdur.

Mövcud daxilolma mənbələrindən əlavə olaraq dövlət büdcəsinə Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından 250 milyon manat, “Nəqliyyat vasitələrinin utilizasiyası Fondu”na (məqsədli büdcə fondu) isə 25 milyon manat səviyyəsində daxilolma proqnozlaşdırılır.

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin xərcləri

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclər 39 milyard 707,3 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 944,3 milyon manat və ya 8 faiz, 2023-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3 milyard 249,4 milyon manat  və ya 8,9 faiz çoxdur.

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 58 faizi həcmində və ya 23 milyard 24,4 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 314,2 milyon manat və ya 1,4 faiz, 2023-cü ilin faktiki icra göstəricisinə nisbətən 2 milyard 756,3 milyon manat və ya 13,6 faiz çox), əsaslı xərclərə ümumi xərclərin 38,7 faizi həcmində və ya 15 milyard 387,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 307,1 milyon manat və ya 27,4 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,3 faizi həcmində və ya 1 milyard 295,6 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 677 milyon manat və ya 34,3 faiz az) vəsait yönəldiləcəkdir.

Müvafiq olaraq dövlət büdcəsinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 5,9 faiz-bənd artacaq, cari xərclərin xüsusi çəkisi isə 3,8 faiz-bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 2,1 faiz-bənd azalacaqdır.

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin xərcləri funksional təsnifata uyğun olaraq iqtisadi fəaliyyət (dövlət əsaslı vəsait qoyuluşu,işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərclər) xərcləri təsdiq olunmuş 7 milyard 788 milyon manata qarşı 9 milyard 902,7 milyon manat və ya 2 milyard 114,7 milyon manat (27,2 faiz), müdafiə və milli təhlükəsizlik xərcləri təsdiq olunmuş 6 milyard 421 milyon manata qarşı 7 milyard 126,3 milyon manat və ya 705,3 milyon manat (11 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər təsdiq olunmuş 1 milyard 390,3 milyon manata qarşı 1 milyard 750,2 milyon manat və ya 359,9 milyon manat (25,9 faiz), məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri təsdiq olunmuş 2 milyard 956,7 milyon manata qarşı 3 milyard 58,4 milyon manat və ya 101,7 milyon manat (3,4 faiz), kənd təsərrüfatı xərcləri təsdiq olunmuş 1 milyard 102,6 milyon manata qarşı 1 milyard 202,6 milyon manat və ya 100 milyon manat (9,1 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri təsdiq olunmuş 574,8 milyon manata qarşı 575,6 milyon manat və ya 0,9 milyon manat (0,1 faiz) çox, ümumi dövlət xidmətləri (qanunvericilik və icra hakimiyyəti, beynəlxalq münasibətlər, xarici ölkələrə yardımlar, büdcələrarası transfertlər, dövlət borcu) xərcləri təsdiq olunmuş 4 milyard 822,2 milyon manata qarşı 4 milyard 542,8 milyon manat və ya 279,4 milyon manat (5,8 faiz), səhiyyə xərcləri təsdiq olunmuş 1 milyard 871,3 milyon manata qarşı 1 milyard 863,3 milyon manat və ya 8,0 milyon manat (0,4 faiz), sosial müdafiə və sosial təminat xərcləri təsdiq olunmuş 4 milyard 542,2 milyon manata qarşı 4 milyard 391,4 milyon manat və ya 150,8 milyon manat (3,3 faiz) az, təhsil xərcləri, mənzil və kommunal təsərrüfatı xərcləri və ətraf mühitin mühafizəsi xərcləri isə təsdiq olunmuş məbləğdə proqnozlaşdırılır.

Dövlət büdcəsinin kəsiri

Yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764,3 milyon manat məbləğində böyüdülməklə 3 milyard 354,3 milyon manata çatdırılır. Kəsirin artımının 600 milyon manatı daxili borclanmadan cəlb olunan vəsait, 105,9 milyon manatı vahid xəzinə hesabının sərbəst qalığı və 58,4 milyon manatı Məqsədli Büdcə Fondlarının vəsaitlərinin qalığı hesabına təmin ediləcəkdir. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,8 faiz həcmində olacaqdır.

dövlət büdcəsi
24.05.2024 23:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ