Nvidia-dan güclü gəlir proqnozu
Çip istehsalçısı Nvidia, süni intellekt üçün çip satışının təsiri ilə gözləniləndən daha güclü balans hesabatı açıqlayıb. Şirkət həmçinin süni intellektə təlabatın güclü qalacağına işarə edərək satış proqnozunu yüksəldib.ABŞ-ın çip istehsalçısı Nvidia, öz balansında 2025-ci maliyyə ilinin birinci rübü hesab etdiyi 28 apreldə bitən 3 aylıq dövr üçün maliyyə nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, Nvidia-nın gəlirləri aprel ayında sona çatan 3 aylıq dövrdə illik müqayisədə 260% artaraq 26 milyard dollara təşkil edib. Proqnoz 24,69 milyard dollar idi.
Nvidia-nın xalis mənfəəti sözügedən rübdə illik 628 faiz artaraq 14,9 milyard dollara çatıb.
Ötən maliyyə ilinin dördüncü rübündə 82 sent olan şirkətin səhmbaşına mənfəəti bu dövrdə 5,98 dollara yüksəlib.
Şirkət növbəti rübdə gəlirlərinin 28 milyard dollara çatacağını proqnozlaşdırır. Proqnoz 26,8 milyard dollar idi.
“Biz növbəti artım dalğasına hazırlaşırıq”, -Nvidia-nın baş direktoru Jensen Huang deyib. Huang vurğulayıb ki, şirkətlər və ölkələr süni intellekti istehsal və tətbiq etmək üçün Nvidia ilə əməkdaşlıq edirlər.
Süni zəkanın demək olar ki, hər sektora əhəmiyyətli səmərəlilik qazandıracağına diqqət çəkən Huang, "Süni intellekt şirkətlərin xərc və enerji baxımından daha səmərəli olmasına kömək edəcək, eyni zamanda gəlir imkanlarını artıracaq" deyib.
Süni intellekt çiplərinə tələbat artmaqda davam etdikcə Nvidia-nın səhmləri ilin əvvəlindən təxminən 92 faiz bahalaşıb və şirkətin bazar dəyəri 2,3 trilyon dolları keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)







.jpg)






