Qızılın qiyməti rekord qırdı
Yaxın Şərqdə artan geosiyasi gərginlik, eləcə də FED-in bu il pul siyasətini yumşaltmağa başlayacağına dair artan optimizm sayəsində qızılın qiyməti bütün zamanların ən yüksək səviyyəsinə qalxıb.Yeni həftə əmtəələrin bahalaşması ilə başlayıb.
Marja.az xəbər verir ki, dünya bazarlarında qızılın unsiyasının qiyməti 2 min 450 dollar səviyyəsini görərək rekord qırıb.
Bakı vaxtı ilə saat 12:00-da qızılın unsiyası 1,1% bahalaşma ilə 2 min 441 dollardan ticarət olunub.
Ötən həftə ABŞ dolları ucuzlaşıb və Xəzinə istiqrazları çərşənbə günü açıqlanan məlumatların inflyasiyanın aprel ayında gözləniləndən daha çox azaldığını göstərməsindən sonra yüksəlib. Bu vəziyyət qızıla da dəstək verib.
Qızılın etibarlı sığınacaq statusu xüsusilə Yaxın Şərqdəki geosiyasi hadisələrin ardından yenidən gündəmə gəldib.
İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması və İsraildə Qantsın müharibə qərargahından istefa verməsi geosiyasi risklərin artmasına səbəb olub.
Digər tərəfdən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman Kral Salmanın səhhətinin pisləşməsi səbəbindən Yaponiyaya səfərini ləğv edib. Səudiyyə Ərəbistanının 88 yaşlı kralı Salman Bin Əbdüləziz ağciyər iltihabı səbəbindən xəstəxanaya yerləşdirilib.
Şənbə günü Qırmızı dənizdə Çinə gedən neft tankerinin husilər tərəfindən raketi ilə vurulması da regionda geosiyasi risklərin artdığına işarə edib.
Qızılla yanaşı, digər əmtələr - gümüş, palladium, platin mis də bahalaşıb.
Gümüşün qiyməti cümə günü 11 ilin ən yüksək səviyyəsinə çatıb.
İsraildə istefa, İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında ölməsinin və Səudiyyə Ərəbistanı kralının səhhətinin pisləşməsinin Yaxın Şərqdə geosiyasi risklərin artması ilə nəticələnə biləcək yeni qeyri-müəyyənlikləri ortaya çıxaracağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
19 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
-
24 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
31 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 42 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Çinin ixracı yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb





.jpg)











.jpg)









