"Sürətli və ucuz ticarət yolları Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində mühüm rol oynayacaq"
Daha sürətli və ucuz ticarət yolları Azərbaycana karbohidrogenlərdən kənar iqtisadiyyatının şaxələndirilməsi üçün zəruri olan texnologiyalara və təcrübəyə çıxış imkanı verəcək.
Bu barədə "Fitch Solutions" (FS) şirkətinin hesabatında qeyd edilib. FS analitikləri bildirib ki, hasilatın davamlı azalması fonunda qeyri-karbohidrogen sektoru neft sektorundan daha sürətlə inkişaf edir: "İqtisadiyyatın əsas sənayesi olan neft sektorunda geriləmələr alternativ sənayelərin və enerji mənbələrinin böyüməsini zəruri edəcək. Bu da öz növbəsində əhəmiyyətli kapital qoyuluşu tələb edəcək".
"Fitch Solutions" əlavə edib ki, indiyədək təmiz enerjiyə sərmayəyə Səudiyyə Ərəbistanının ACWA və BƏƏ-nin Masdar kimi beynəlxalq investorları rəhbərlik edib. Baxmayaraq ki, bu sektorlar hazırda ölkənin elektrik istehsal kompleksinə cəmi 1,3% töhfə verir, bu şirkətlər Azərbaycanın külək və günəş enerjisi sənayesini inkişaf etdirir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















