Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransına 2 gün qalıb
Azercell”in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir(®) Mayın 15-də “GSMA M360 Eurasia 2024” konfransının açılışı baş tutacaq. Bakıda ikinci dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçiriləcək bu tədbir çərçivəsində 2 gün ərzində maraqlı məruzələrin və panel iclaslarının yer alması gözlənilir. Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.
Konfransa beynəlxalq və regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici qurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm də digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti haqqında danışacaqlar.
Belə ki, “GSMA M360” rəqəmsal dövrün ən aktual tendensiyalarını bir daha gündəmə gətirəcək. Konfransda süni intellekt, kibertəhlükəsizlik, sənayenin rəqəmsallaşdırılması, yeni nəsil şəbəkələr, yaşıl texnologiyalar və s. mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Eyni zamanda, Rəqəmsal DNT (Digital DNA) mövzusuna həsr olunmuş sessiyada gələcək nəsillərin inkişaf edən əmək bazarına uğurlu adaptasiyası üçün lazımlı bacarıq və qabiliyyətlər barədə maraqlı müzakirələr baş tutacaq.
COP29 (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) ərəfəsinə təsadüf edən bu konfransda ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri də müzakirə olunacaq. Bu sessiyada rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri, qlobal telekommunikasiya liderlərinin ESG prinsiplərinə riayət etmək üçün gördüyü işlər, rəqəmsal innovasiyaların ətraf mühitin dayanıqlığına verdiyi töhfə barədə danışılacaq. Xatırladaq ki, COP29 Azərbaycanda cari ilin noyabr ayında keçiriləcək.
Qeyd edək ki, bu il “GSMA M360 Eurasia 2024” konfransına “Microsoft”, “Google”, “Amazon Web Services”, “World Bank”, “e& International”, “Beeline”, “Vodafone Group”, “Turkcell”, “East Telecom” və digər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilər qatılacaq.
Yerlər limitli olduğundan tədbirdə iştirak etmək istəyən hər kəs öncədən “GSMA M360 Eurasia” səhifəsində qeydiyyatdan keçməlidir.
“JW Marriott Absheron Baku” mehmanxanasında baş tutacaq tədbirə qatılın, gələcəyi formalaşdıran müzakirələrin bir parçası olun!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
4 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 6 saat əvvəl
-
6 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"






















