Türkiyənin Ticarət Nazirliyi İsrail ilə ticarətin dayandırıldığını təsdiqləyib
Ölkənin Ticarət Nazirliyi açıqlamasında bildirib ki, məhdudlaşdırıcı tədbirlər yəhudi dövləti Qəzza zolağında dərhal atəşkəs elan edənə və humanitar yardımın fasiləsiz axını təmin olunana qədər qüvvədə qalacaq.Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını tamamilə dayandırıb.
Marja.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.
“Dövlət səviyyəsində görülən tədbirlərin ikinci mərhələsinin həyata keçirilməsinə başlanılıb, bütün mal qrupları üzrə İsraillə ixrac-idxal əməliyyatları dayandırılıb”, - deyə Türkiyə Ticarət Nazirliyinin açıqlamasında bildirilir.
Qeyd edilib ki, məhdudlaşdırıcı tədbirlər İsrail Qəzzada dərhal atəşkəs elan edənə və humanitar yardımın adekvat və fasiləsiz axını təmin edənə qədər qüvvədə qalacaq. "Türkiyə bu yeni tədbirləri ciddi və qətiyyətlə həyata keçirəcək”, - məlumatda qeyd olunur.
Ankara vurğulayıb ki, Türkiyə “ilk gündən [7 oktyabr 2023-cü il] Qəzza sakinlərinə kömək etməyə tələsdi, gəmi və təyyarə ilə bölgəyə on minlərlə ton humanitar yardım, ilk növbədə ərzaq, səhiyyə və tibbi yardım üçün materiallar, minlərlə xəstəni təxliyə etdi və çətin günlərdə fələstinli qardaşlara dəstək oldu. Bununla belə, İsrail Qəzzada qətliamını davam etdirdi, beynəlxalq atəşkəs səylərinə məhəl qoymadı və humanitar yardıma mane oldu".
Qeyd edək ki, Bloomberg Türkiyə rəsmilərinə istinadən ölkənin İsraillə ticarət əlaqələrini dayandırdığı barədə məlumat yaymışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 45 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
























