Taleh Kazımov "Naxçıvan Bank"la bağlı məsələyə aydınlıq gətirib
"Bankın fəaliyyətini necə davam etdirəcəyi, və ya BOKT-a çevriləcəyi səhmdarların qərarından aslı olacaq"“Naxçıvan Bank”ın hər hansı bir maliyyə problemi yoxdur.
Bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, Bankın balansı çox keyfiyyətlidir, maliyyə dayanıqlılığı ilə bağlı hər hansı problem yoxdur. Bankın kredit portfelinin bir hissəsi “Kapital Bank”a satılıb. Bankın fəaliyyətini ilə bağlı səhmdarlar tərəfindən qərar veriləcək. Bankın fəaliyyətini necə davam etdirəcəyi, və ya BOKT-a çevriləcəyi səhmdarların qərarından aslı olacaq.
Amma bunun ümumi maliyyə sabitliyinə hər hansı təsiri yoxdur. Bankın əmanətçilərini sayı digər banklara nisbətən çox aşağıdır.
Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın kredit portfelinin "Kapital Bank"a ötürülməsindən öncə 63,66 %-i Hüseyn Məmmədova, 26,52 %-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82 %-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsus idi.
© APA, Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
6 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq






















