Sahibkarlığın İnkişafı Fondunun xalis mənfəəti 20 %-ə yaxın azalıb
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 2023-cü ili 12,503 milyon manat xalis mənfəətlə başa vurub.
Fondun maliyyə hesabatına istinadən xəbər verilir ki, bu, 2022-ci illə müqayisədə 19,4 % azdır.
Ötən il SİF-in əsas əməliyyat (faiz) gəlirləri 20,341 milyon manat (əvvəlki ilə nisbətən 52,8 % çox), digər (qeyri-faiz) əməliyyat gəlirləri 0,438 milyon manat (2,4 dəfə az), ehtimal olunan kredit zərərlərinin bərpası üzrə gəlirləri 1,771 milyon manat (5,1 dəfə az), əməliyyat xərcləri 7,442 milyon manat (11,5 % çox), mənfəət vergisi ödəmələri isə 2,605 milyon manat (2,3 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə SİF-in aktivləri 1 011,496 milyon manat olub ki, bu da illik müqayisədə 6,3 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 41,9 dəfə artaraq 837 min manata, o cümlədən dövlət subsidiyaları üzrə 825 min manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 6,2 % artaraq 1 010,659 milyon manata çatıb.
Xatırladaq ki, SİF ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 7,307 milyon manatdır.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















