“Şəki Agro” Suvarma Sistemlərinin açılış mərasimi keçirildi – FOTOLAR + VİDEO
"Şəki Agro" Suvarma Sistemləri Şəki şəhərində bir sıra dövlət və özəl qurum nümayəndələrinin iştirakı ilə müasir avadanlıqlar və innovativ məhsulların təqdimatı ilə açılışını reallaşdırıb.
Mərasimdə çıxış edən Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev belə bir açılışın bölgə üçün əhəmiyyətinə toxunaraq, fermerlərin müasir suvarma sistemləri əldə etməsinin əlçatanlığını diqqətə çatdırıb.
"SHEKI AGRO" MMC-nin təsisçisi Xanoğlan Ramazanov mağazada dünyanın tanınmış şirkətlərinin istehsalı olan damcılama, yağmurlama, avtomatik suvarma və ağıllı gübrələmə sistemlərinin satışda yer aldığını vurğulayıb. O, əlavə edib ki, fermerlər suvarma sistemlərində 20 faiz ilkin ödəniş etməklə Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) tədbiq etdiyi alış məbləğinin 40 %-i miqdarında dövlət subsidiyası və geri qalan 40 % -i miqdarında isə faizsiz kreditdən yararlana bilərlər.
İş adamı, professor Sakit Səmədov, AKİAB-ın təsisçisi Şirin Şərifov çıxış edərək "Şəki Agro"ya uğurlar diləyiblər.
Daha sonra isə "Şəki Agro"nun ilk müştərilərindən olan, ölkədə qabaqcıl ekoturizm məkanı - “Bio Garden”in rəhbəri Etibar Nuriyev çıxış edərək “Şəki Agro”nun yüksək keyfiyyətli xidmətlərindən bəhs edib və digər fermerləri də bu məhsul və xidmətlərdən yararlanaraq suvarma və gübrələmə xərclərinə qənaət edəcəklərini , həmçinin məhsuldarlığı ikiqat artıra biləcəklərini qeyd edib.
Açılışı bildirən lent kəsildikdən sonra tədbirə təşrib buyuran dövlət və özəl qurumların nümayəndələri “Şəki Agro”dakı şəraitlə tanış olublar.
Daha sonra isə xatirə şəkli çəkdirilib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 20 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















