“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb
Rusiyanın “AvtoVAZ” SC Azərbaycanda “Lada” avtomobillərinin yığılması layihəsinə start verib, 2024-cü ildə 1,5 min avtomobil istehsalını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” şirkətə istinadən xəbər verir.
Məlumatda deyilir ki, Azərbaycanda istehsal sahələrindən birində maşın dəstlərinin qəbulu zonası, yığma sexi və hazır avtomobillərin dayanacağı təşkil edilib. Layihə çərçivəsində xüsusi olaraq işə götürülmüş heyətə Tolyatti mütəxəssisləri təlim keçib.
“AvtoVAZ”ın prezidenti Maksim Sokolov qeyd edib ki, Azərbaycanda Lada istehsal sahəsi artıq bu il 1,5 minə qədər avtomobil istehsal edə bilər.
"Biz “Granta” ilə başlayırıq və 2024-cü ilin sonuna qədər “Niva – Legend” və “Travel”, həmçinin “Vesta” ilə lokal buraxılış qammasını genişləndirməyi planlaşdırırıq. Sınaq nümunələri artıq toplanıb və keyfiyyət auditindən keçir. Bir neçə il perspektivdə illik istehsal həcmi 4-5 minə qədər avtomobilə çata bilər", - “AvtoVAZ"ın mətbuat xidməti Sokolovun sözlərindən sitat gətirir.
O əlavə edib ki, Azərbaycanda yerli istehsalın açılışı “Lada”nın bu ölkədəki bazar payını böhrandan əvvəlki səviyyəyə qaytarmasına və brendin mövcudluğunu artırmasına kömək edəcək.
© "İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























