Deputatın "Broyler toyuqlarına kimyəvi dərmanlar verilir və kəsimdən sonra su vurulur" iddiasına etiraz
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası quşların tez böyüməsi üçün onlara hansısa kimyəvi dərmanlar verildiyi, kəsimdən sonra onların bədəninə su vurulduğu barədə iddiaya cavab verdi.Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı:
Aprelin 18-də Milli Məclisin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmə keçirilib. Dinləmələrdə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri ilə təmsil olunub.
Azərbaycan Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin rəhbərliyinin də iştirak etdiyi dinləmələr zamanı həm ölkənin qida sənayesinin təmsilçiləri, həm dövlət qurumlarının nümayəndələri, həm də Milli Məclis üzvləri tərəfindən mövcud vəziyyət qiymətləndirilib, bir çox səmərəli təkliflər səsləndirilib.
Sağlam və qarşılıqlı anlaşma mühitində keçən müzakirələrin gedişində Aqrar siyasət komitəsinin üzvü deputat Tahir Kərimli tərəfindən əsası olmayan iddialar səsləndirilib. O, Azərbaycanda quş əti istehsalı müəssisələri tərəfindən quşların tez böyüməsi üçün onlara hansısa kimyəvi dərmanlar verildiyini, kəsimdən sonra onların bədəninə su vurulduğunu iddia edib.
Azərbaycan quşçuluq təsərrüfatlarının birləşdirən Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxaracatçıları Assosiasiyası olaraq deputat Tahir Kərimlinin bu iddialarını heç bir real əsası olmayan böhtan, yeli sahibkarlığa qarşı qərəzli münasibətin nəticəsi kimi qiymətləndiririk.
Öz tərəfimizdən bəyan edirik ki, Azərbaycanın ixtisaslaşmış broyler müəssisələri tərəfindən quşların sürətli böyüməsi üçün onlara insan orqanizmi üçün zərərli ola biləcək hər hansı preparatlar verilmir. Quşlar yalnız müəyyən mərhələlərdə xəstəliklərə qarşı vaksinasiya olunurlar ki, bu da bütün dünyada tətbiq olunan praktikadır.
İstehsal əsasən QOST standartına uyğun həyata keçirilir. QOST standartının toyuq əti üzrə müəyyən etdiyi tələblərə əməl edərək, sanpinin və qida təhlükəsizliyi kollegiya qərarlarını nəzərə alaraq İSO 22000 (HACCP tələbləri) əsasında istehsal aparılır.
Müəssisələrdə AQTA tərəfindən müntəzəm olaraq monitorinqlər, xidməti yoxlamalar aparılır, istehsal olunan quş əti həm zərərli bakteriyalara, həm də zərərli maddələrə görə yoxlanılır. Satışa göndərilən bütün partiya ətdən nümunə götürülərək, analiz edilir və baytarlıq arayışı verilir.
Bu gün Azərbaycan quşçuluq müəssisələrində istehsal olunan yumurta Rusiya və Körfəz ölkələrinə ixrac olunur. Onların əldə olunduğu toyuqlara verilən hər hansı preparat mütləq və mütləq həmin ölkələrin yoxlamaları zamanı üzə çıxar. İxracın başlandığı 2 ildən yuxarı müddətdə müəssisələrin heç birinə bununla bağlı hər hansı irad daxil olmayıb, ola da bilməz. Çünki quşçuluq müəssisələri öz fəaliyyətlərini Azərbaycan xalqının sağlamlığına zərər vura biləcək hər hansı qanunazidd əməllərə yol vermədən həyata keçirirlər.
Əgər Milli Məclis üzvünün əlində konkret fakt, quşlara tez böyümələri üçün verilən hər hansı preparatın adı varsa, açıqlamasını xahiş edirik. Digər tərəfdən, Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan rəsmi ticarət statistikası var, ölkəyə idxal olunan bütün preparatlar qeydə alınır. T.Kərimli özü deputat sorğusu verərək toyuqların şişirdilməsi üçün hər hansı preparatın Azərbaycana idxal olunub-olunmadığını müəyyən edə və əgər varsa, konkret faktla danışa bilər.
Biz sahibkarlar dövlətimizi, xalqımızı hər cür biznes maraqlarından üstün tuturuq. Çox təəssüf ki, ixtisasca hüquqşünas olan T.Kərimli əlində konkret fakt, sübut olmadan, bizi xalqımızın gözündən salan, işgüzar nüfuzumuzu zədələməyə yönəlik açıqlamalar səsləndirib. Azərbaycan dövlətinin, onun başçısının daim dəstək verdiyi yerli istehsalçılara böhtan atmaq, onların fəaliyyətinə kölgə salmaq Milli Məclis üzvünün tutduğu mövqeyə uyğun gəlmir.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxaracatçıları Assosiasiyası olaraq quş əti istehsalı müəssisələrində T.Kərimlinin iddiaları ilə bağlı monitorinq və yoxlamaların keçirilməsi, nəticələrin açıqlanması üçün AQTA-ya müraciət etmişik. Eyni zamanda istehlakçı hüquqlarını müdafiə edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edirik ki, Azərbaycanda isethsal olunan quş ətində ölkə vətəndaşlarının sağlamlığına zərər yetirə biləcək hər hansı preparatın olub-olmadığını yoxlasın və ictimaiyyətə açıqlama versin.
Bundan əlavə, sahibkarların hüquqlarını müdafiə edən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Dövlət Xidmətinə, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasına müraciət edirik ki, Milli Məclis üzvünün hüquqlarımızı pozmasına nmünasibətlərini bildirsinlər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
-
9 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
9 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
10 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























