“Baku Steel Company” QSC SAP S/4HANA sisteminin tətbiqi ilə bağlı tender mərhələsinə başlayır
(®) "Baku Steel Company" QSC (BSC və ya qrup) şirkətin bütün proseslərinin mərkəzi idarəetməsi və rəqəmsallaşması sahəsində daha bir əhəmiyyətli addım atır.
Belə ki, BSC bütün qrup üzrə biznes proseslərin yenidən yazılması və qiymətləndirilməsi layihəsini uğurla başa çatdırıb və növbəti mərhələ olaraq, “SAP SE”-nin ən innovativ ERP (Enterprise Resource Planning – Müəssisə Resurslarının Planlaşdırılması) sistemi olan SAP S/4HANA kompleks həllini tətbiq etməyi nəzərdə tutur. Bu sistem maliyyə, satınalma və təchizat, istehsalatın planlaşdırılması, satış, logistika, personalın idarə edilməsi proseslərini tam şəkildə əhatə edəcək. BSC, SAP S/4HANA sisteminin potensialından istifadə edərək, səmərəliliyi yüksəltməyi, artan bazar tələbatına qarşı çevikliyi qorumağı və biznes əməliyyatlarında inqilabi yeniliklər etməyi hədəfləyir.
Şirkət SAP S/4HANA kompleks sisteminin tətbiqi ilə bağlı yerli və xarici vendorlar üçün tender mərhələsinə başlayır. Bu mərhələ sözügedən layihəni icra etmək üçün potensial şirkətlərdən təkliflərin qəbul ediləcəyi seçim prosesinin əsas mərhələsidir. Tender mərhələsində BSC öz strateji məqsədlərinə uyğun, metallurgiya sənayesində və ümumilikdə zəngin təcrübəyə malik, Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq standartların tələblərinə uyğun, SAP standartları əsasında çalışan tərəfdaş müəyyən etməyi planlaşdırır. BSC, SAP S/4HANA sisteminin tətbiqi layihəsində, təkcə texniki bacarıqlara malik deyil, həmçinin rəqəmsal transformasiya və biznesin inkişafı sahələrində öz təcrübə və baxışlarını bölüşən tərəfdaş seçməyi düşünür.
SAP S/4HANA sisteminin tətbiqi ilə bağlı açıq tenderdə iştirak etmək istəyən şirkətlər BSC-nin Satınalmalar və təchizat Departamentinin [email protected] elektron poçt ünvanına və ya yazılı şəkildə şirkətin Bakı şəhəri, Mir Cəlal küç., 15 (Dərnəgül şosesi) ünvanında yerləşən Baş ofisinə müraciət ünvanlaya bilərlər.
Müraciətin son tarixi 05 aprel 2024-cü il saat 18:00-dır. Daha ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 22 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB


















