Sərnişin daşımalarının 50 faizə yaxını AZAL-ın payına düşüb
Bu ilin fevral ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 471 mindən çox sərnişinə xidmət göstərərək sərnişin axınını artırmaqda davam edir. Bu, 312 min sərnişinin daşındığı ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,7 % çoxdur.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, fevral ayında 13-i aşağı büdcəli (loukoster) olmaqla, 33 aviaşirkət 3853 reys həyata keçirib. Beynəlxalq istiqamətlər üzrə sərnişin daşımalarının 50,5%-i xarici aviaşirkətlərin, qalan hissəsi isə (45,5%-i) milli aviadaşıyıcının (AZAL) payına düşüb. Xarici aviaşirkətlər 215 mindən çox, “Azərbaycan Hava Yolları” isə 211 min sərnişinə xidmət göstərib. Naxçıvan istiqamətində 44 mindən çox sərnişin daşınıb. Bununla yanaşı, tranzit sərnişinlərin sayı ötən ilin fevral ayı ilə müqayisədə 106% artaraq 25 min nəfər təşkil edib.
Cari ilin fevral ayında Bakı hava limanından ən populyar beynəlxalq istiqamətlər İstanbul, Əbu-Dabi, Tbilisi, Dubay və Moskva şəhərləri olub ki, burada 228 mindən çox sərnişinə xidmət göstərilib.
Heydər Əliyev Beynəlxalq Aeroportu xidmətlərini təkmilləşdirməkdə və sərnişinlərin tələbatını ödəməkdə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 21 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























