Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Apple səhmlərinin hazırkı qiyməti alış fürsəti təqdim edir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Apple səhmlərinin hazırkı qiyməti alış fürsəti təqdim edir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın Apple Inc şirkətinin səhmlərinin hazırkı qiyməti alış imkanı təqdim edir.

Marja.az xəbər verir ki, bunu "Wedbush Securities"in direktoru Den Ives çərşənbə axşamı CNBC-yə verdiyi müsahibəsində bildirib. O, iPhone istehsalçısının süni intellektin (AI) inteqrasiyasından irəli gələn potensialına işarə edib.

Reklam_3_11

Ives, Apple-ın səhmlərinin ucuzlaşmasının əsasən Çində satışların yavaşlaması ilə bağlı narahatlıqlardan qaynaqlandığını və bunun qısamüddətli "külək" kimi qiymətləndirdiklərini deyib.

"Çin baxımından qaranlıq günlər olduğu aydındır", - Ives deyib. Lakin o, ucuzlaşmanı "alış fürsəti" olaraq gördüyünü və Apple-ın qısamüddətli "küləklərə" dözəcəyini gözlədiyini əlavə edib. 

Ives, həmçinin texnologiya sektoru üçün əsas aktual mövzuya çevrilən Apple-ın AI inteqrasiyası potensialını da qeyd edib.

Texnologiya nəhənginin səhmləri çərşənbə axşamı günü 2.8% də ucuzlaşıb. Şirkətin səhmləri Çində ilin ilk altı həftəsində iPhone satışlarının 24% azaldığını göstərən məlumatdan sonra dəyər itirib.

Çinin 2024-cü il üçün yeni iqtisadi hədəfləri də bazarları böyük ölçüdə alt-üst edib.

Çində satışların azalması ötən il ərzində də Apple üçün böyük ağrı olub, çünki ölkədə istehlak xərcləri yavaşlayıb, hökumət də işçilərinə rəsmi məqsədlər üçün Apple məhsullarından istifadə etməyi qadağan edib.

Həm də iPhone-ların istehsalçısı olan Apple şirkəti süni intellektlə əlaqəli məhsul və xüsusiyyətlərin tətbiqində ABŞ-ın digər texnologiya şirkətlərindən geri qalır. 

Son 3 ayda Apple səhməri 15%-ə yaxın ucuzlaşıb. Hazırda Apple səhmləri 170 dollardan ticarət olunur. "Wedbush Securities" Apple səhminin qiymətinin 250 dollara yüksələcəyini gözləyir ki, bu da mövcud səviyyələrdən təxminən 47% yuxarıdır.

06.03.2024 09:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ