“Azercell”in dəstəyilə keçirilən “Robotex Türkiyə”nin regional yarışları başa çatıb
100-dən çox komanda növbəti mərhələyə vəsiqə qazanıb(®) 2-3 mart tarixlərində “Azercell”in baş sponsorluğu və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə Bakıda keçirilən “Robotex Türkiyə”nin regional yarışları başa çatıb. Robot texnologiyaları sahəsində təşkil edilən bu silsilə festival 1500-dən çox iştirakçını öz ətrafında toplayıb.
Azərbaycan və Türkiyədən qatılan gənc iştirakçılar 2 gün ərzində robot kodlaşdırma və robot hazırlama üzrə layihələrini, eləcə də öz startaplarını təqdim ediblər. Müsabiqədə şagirdlər və tələbələrlə yanaşı, özəl müəssisələri təmsil edən yarışçılar da iştirak edib. 19 fərqli kateqoriyada yarışan komandalardan 109 komanda qalib seçilərək növbəti mərhələyə vəsiqə qazanıb. Qızların robot mühəndisliyi, innovasiya, İKT kimi sahələrə marağını daha da artırmaq məqsədilə müsabiqə çərçivəsində xanımlardan ibarət 3 komandaya xüsusi nominasiya üzrə mükafatlar da təqdim edilib.
Yarışın növbəti mərhələsi 20-21 aprel tarixlərində Türkiyənin Antalya şəhərində baş tutacaq. Müsabiqəyə Azərbaycan və Türkiyə ilə yanaşı, Qazaxıstandan da iştirakçılar qatılacaq. Fərqlənən komandalar Estoniyanın paytaxtı Tallində keçiriləcək beynəlxalq robot çempionatında iştirak etmək hüququ əldə edəcəklər.
Qeyd edək ki, “Robotex Türkiyə” ölkəmizdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və AQSİA-nın dəstəyilə baş tutub.
Gənclər arasında innovasiya və yeni texnologiyaların təşviqinə yönələn təşəbbüsləri dəstəkləyən “Azercell” bütün qalibləri təbrik edir, onlara növbəti mərhələdə uğurlar arzulayır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
58 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
1 saat əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi













.jpg)







