“Risk əsaslı idarəetmə sistemini” kiçik və orta bizneslər üçün də əlçatan edəcəyik"- MÜSAHİBƏ
Asif Əzizov: “Bir çox hallarda böyük ideya və ambisiyalarla çalışmağa başlayan sahibkar bir müddət sonra iş yükünün ağırlığı altında boğularaq, öz biznesində həm satıcı, həm icraçı, həm siravi işçi, anbardar və s funksiyaları yerinə yetirməli olur. Yaxud da qeyri-effektiv idarəetmə nəticəsində gecə-gündüz çalışması ona yalnız işçilərinin əmək haqqını təmin edə bilsməsinə bəs edir. Nəticədə biznesini irəli apara və ya dayanıqlığını təmin edə bilmir. Belə olduqda ilk təsirlər və ya gözlənilməz itkilər nəticəsində biznes zəifləməyə başlayır. Təəssüf bəzən də sahibkar iflasla üzləşir".Konsaltinq bazarının yeni iştirakçısı “ConsultsPlus”-un təsisçisi və direktoru Asif Əzizovla müsahibə.
- Salam. İlk olaraq sizə yeni başladığınız işdə uğurlar arzu edirik!
Zəhmət olmasa özünüz və şirkətiniz barədə ətraflı məlumat verərdiz. “ConsultsPlus” MMC olaraq hansı xidmətləri təqdim edəcəksiniz? Konsaltinq bazarında fərqi özəlliyiniz nə olacaq?
- Salam, mən də öz növbəmdə sizə xoş arzularınız və müsahibə üçün təşəkkür edirəm. Həmçinin gələcək işlərinizdə sizə uğurlar arzu edirəm. Suala görə çox sağolun.
Əslində “ConsultsPlus” MMC, yeni təsis olunsa da, arxasında uzun illərin peşakar təcrübələri dayanır. Belə ki, mən Asif Əzizov on yeddi il bank maliyyə sahəsində (təcrübəçidən inzibatçıya kimi) çalışdıqdan sonra “ConsultsPlus”u təsis etməyə qərar vermişəm. “ConsultsPlus” MMC olaraq əsas hədəfimiz şirkətlərdə risk əsaslı effektiv idarəetmə sisteminin qurulmasına dəstək olmaqdıq. Bu da şirkətlərin effektiv idarə olunmasına, davamlı böyüməsinə, gəlirlərinin artmasına, mümkün itkilərdən yayınaraq risklərə qarşı dayanıqlı olmasına kömək etmiş olacaqdır. Fərqli özəlliyimiz xidmətlərimizdir desək, düşünürəm ki, yanılmaram.
- Hədəf kütləniz kimlərdir?
- Risk əsalı effektiv idarəetmənin qurulması baxımından əsas hədəf kütləmiz biznes sahibləridir. Çünki, sahibkar qədər biznesinin dayanıqlı və stabil inkişaf edən olmasını istəyən ikinci adamı düşünmək çox çətindir. Marifləndirmə baxımından isə hədəf kütləmiz əmək bazarında çalışan hər bir şəxsdir. İnsanlarımızın bu sahədə məlumatlı olması, təbii ki, effektivliyin artmasına müsbət təsir etmiş olacaqdır.
- Hansı sahələrə xidmət göstərməyi düşünürsünüz?
- Xidmət istiqamətlərimiz maliyyə və qeyri-maliyyə sektorudur. Bildiyiniz kimi, Mərkəzi Bank tərəfindən yeni təqdim olunan Maliyyə Sektorunun inkişaf strategiyasında (2024-2026) risk əsaslı yanaşmanın tətbiqinə xüsusi diqqət yetirilir. Qısa müddət ərzində “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun təsir dairəsində olan şirkətlərin lisenziyalaşdırılması həyata keçiriləcəkdir. Bu da onlarda risk əsaslı yanaşmanın tətbiqini zəruri edir. Bu mənada hazırda peşəkar ekpertizaya malik komandamız ilə Fintech-lərə risklərin idarə edilməsi sisteminin qurulmasına dəstək oluruq.
- Fintech-lərdə risklərin idarə edilməsi sistemi dedikdə nə nəzərdə tutulur?
- “Fintech”lərdə risklərin idarə edilməsi sistemi əsasən müdafiə xəttlərinin qurulmasını təmin edir. Ümumi sözlə desək, birinci mərhələdə şirkət daxilində idarəetmə funksiyaları elə qurulmaldır ki, risklər vahid bir mexanizm olaraq idarə olunsun. Yəni bir strukturun işi digər strukturun həm drayveri həm də risklərini tənzimləyəni olsun. Risklərin idarə edilməsi, Komplayans, Daxili Nəzarət və xüsusən də Audit funksiyalarının təmin olunması bu sistemin əsas elementlərindəndir. Bu mərhələlər təmin olunduqdan sonra daha da irəli getmək olar.
- Qeyri maliyyə sektorunda vəziyyət necədir? Risk əsaslı effektiv idarəetməni ora necə daşımağı düşünürsüz?
- Qeyri maliyyə sektoruna gəldikdə isə - səmimi desəm, bu sektorda risk əsaslı effektiv idarəetmə sisteminin qurulmasına daha çox zərurət vardır. Belə ki, bir çox hallarda böyük ideya və ambisiyalarla çalışmağa başlayan sahibkar bir müddət sonra iş yükünün ağırlığı altında boğularaq, öz biznesində həm satıcı, həm icraçı, həm siravi işçi, anbardar və s funksiyaları yerinə yetirməli olur. Yaxud da qeyri-effektiv idarəetmə nəticəsində gecə-gündüz çalışması ona yalnız işçilərinin əmək haqqını təmin edə bilsməsinə bəs edir. Nəticədə biznesini irəli apara və ya dayanıqlığını təmin edə bilmir. Belə olduqda ilk təsirlər və ya gözlənilməz itkilər nəticəsində biznes zəifləməyə başlayır. Təəssüf bəzən də sahibkar iflasla üzləşir.
Amma bunun əksi olaraq, biznes sahibləri risk əsalı idarəetmə barədə məlumatlı olsalar, bu sistemi tətbiq edə bilsələr, bizneslərini effektiv idarə edərək təhlükəsiz böyüdə və inkişaf etdirə bilərlər. Bu mənada hədəfimiz “Risk əsaslı effektiv idarəemə” sistemini kiçik və orta sahibkarlar üçün də əlçatan etməkdir.
- Bu sistemin tətbiqi necə baş verir? Bunun üçün nə etmək lazımdır?
- Sualınıza bir az obrazlı cavab verməyə çalışacam. Fəaliyyət növündən asılı olmayaraq hər bir biznes özü özlüyündə bir komandadır. Bu komandanın birgə fəaliyyəti nəticəsində biznes böyüyür, gəlir əldə edir və inkişaf edir. Obrazlı desək biznesin rəhbəri də komandanın çalışdırıcısı, baş məşqçisidir. Baş məşqçi hücumçunun, müdafiəçinin və ya qapçının yerinə oynamalı olduqda, oyunun içinə daxil olur. Nəticədə komandanın boşluqlarını, zəif nöqtələrini, görüb onu inkişaf etdirə bilmir. Beləcə komanda ən yaxşı halda mövcud oyununu qoruya bilir.. ya da oyunçular sıradan çıxdıqca geriləməli olur.
“ConsultsPlus” MMC olaraq bizim işimiz, komanda çalışdırıcıları, biznes rəhbərlərilədir. Onlara, gündəlik icra işindən (oyundan) ayrılaraq bizneslərindəki boşluqları müəyyən etməyə və effektiv idarə etməni tətbiq etməyə kömək edirik.
Proses olaraq isə, Risk əsaslı idarəetmənin tətbiqi biznesin diaqnostikasından başlayır. Növbəti mərhələdə atılacaq addımlar müəyyən olunur və biznes sahibinin birbaşa iştirakı ilə icra prosesinə başlanılır. Biznesin ölçüsündən asılı olaraq bu proses altı aydan on səkkiz aya kimi davam edə bilir.
- Səmimi desək, kosultant xidmətindən istifadə bir çox faktorlara, xüsusən də əlavə xərclərə getməmək üçün biznes sahibləri arasında elə də populyar deyil. Bu mövzu ilə bağlı fikrinizi bilmək istərdik.
- Çox mühüm məqamı vurğuladınız. Ekosistemimizin reallığını anlayıram.
Bu baxımdan qiymət siyasətimizi çox sadə və anlaşılan etmişik. Bunu da rahat elan edirik. Təsəvvür edin, biznesdə dönüş yaratmaq üçün sahibkar ən azı bir neçə top işçi cəlb etməlidir. Bəzi sahibkarlar bunu edir, bəziləri edə bilmirlər.
“ConsultsPlus” MMC olaraq biz bir top əməkdaşın aylıq məvacibi qiymətinə biznes sahibinə komanda olaraq dəstək oluruq. Bu da sahibkara xüsusi xərc yaratmadan biznesində risk əsaslı yanaşmanı tətbiq etməyi, sürətli böyüməyi və gəlirlərini artırmağı təmin edir. Qiymət siyasətimiz əlavə bir özəlliyimizdir. Həm də bu mənanda inamla “Risk əsaslı idarəetmə sistemini” kiçik və orta bizneslər üçün də əlçatan edəcəyik deyə bilirik.
- Bir az öncə marifləndirmə qeyd etdiniz. Bunu necə edəcəksiniz?
- Davamlı mariflənmə hər bir insanın həyatının mühüm elementlərindən biri olmalıdır. Özüm buna riayət eməyə çalışıram. Risklərin İdarə Edilməsi istiqamətində də bu mənada faydalı olmağa çalışacağam. Bunu müxtəlif formatlarda, müxtəlif resurslardan istifadə edərək sistemli formada edəcəyik. Ümid edirəm biznes mühitinə faydalı olacağıq.
- Sonda gələcək planlarınız barədə nə demək istərdiz?
- Qısa olaraq onu deyim ki, hazırda bir neçə layihə üzərində çalışırıq. Layihəmiz Risk əsaslı effektiv idarəetməni” bizneslərdə daha sütəli tətbiq etməyə kömək edəcək. Yekunlayan kimi biznes mühitinə təqdim edəcəyik.
-Maraqlı müsahibəyə görə təşəkkür edirəm.
- Mən təşəkkür edirəm, çox xoş oldu.
Bakı şəhəri, Əliyar Əliyev, 161D, AZ1015
Tel: 077 219 29 23
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 13 saat əvvəl
-
-
14 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
16 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 16 saat əvvəl
-
17 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
17 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
17 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib























