Ekoloji ekspertiza rəyinin və sanitariya-epidemioloji rəyin verilməsi müzakirə edilib
Telekommunikasiya avadanlıqlarının istismarı zamanı ekoloji və sanitar-epidemioloji normalara əməl edilməsinə dair məsələlər dövlət qurumları ilə müzakirə edilibAzərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə görüş keçirilib.
İKTA-nın yaydığı məlumatda bildirilir ki, görüş çərçivəsində mobil operatorlara, sabit simsiz texnologiyalardan istifadə edərək internet telekommunikasiya xidməti göstərən operator və provayderlərə və digər radiotezlik istifadəçilərinə aid baza stansiyalarının (RBS), həmçinin digər ötürücü radio avadanlıqların quraşdırılması və istismarı üçün ekoloji ekspertiza rəyinin və sanitariya-epidemioloji rəyin verilməsinə dair geniş müzakirə aparılıb.
Tənzimləyici qurum olaraq İKTA telekommunikasiya sahəsində ekoloji və sanitar-epidemioloji normaların riayət olunmasında maraqlıdır və bu məqsədlə aidiyyəti strukturlarla qarşılıqlı əməkdaşlığa, həmçinin fikir və təcrübə mübadiləsinə daim açıqdır.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















