Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Çevik və bacarıqlı oldu, 30 yaşına çatdı

"Bank of Baku" son 6 ildə 3 dəfəyə yaxın böyüyüb, kredit portfeli və məcmu kapitalı isə 4 dəfədən çox artıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Çevik və bacarıqlı oldu, 30 yaşına çatdı

1988-1995-ci illərdə Azərbaycanda yüzlərlə bank açılmışdı. Həmin bankların böyük hissəsi günümüzədək fəaliyyətini davam etdirə bilmədi və bazarı tərk etdi. Dəyişən şərtlərə cavab verməyi bacaran banklar isə bazarda qaldı. Həmin banklardan biri də 1994-cü ildən fəaliyyət göstərən "Bank of Baku"dur.

14 fevral 2024-cü il tarixində "Bank of Baku" ASC 30 illik yubileyini qeyd edir. 

SON 24 İLDƏ 47, SON 10 İLDƏ 20 BANK BAĞLANIB

İlk öncə qeyd edək ki, ötən əsrin 90-cı illərində bankların bir çoxu möhtəkirlik əməliyyatları həyata keçirmək üçün yaradılmışdı. İqtisadiyyatda aşkar surətdə maliyyə piramidaları qurulmuşdu. Sayı yüzlərlə olan bankların çoxu 2000-ci ilədək bağlandı və 2000-ci ilin yanvarında cəmi 70 bank fəaliyyətini davam etdirirdi. Son 24 ildə 47 bank, son 10 ildə isə 20 bank bağlanıb. Qısası, ötən 30 il ərzində bazarda qalmaq heç də asan məsələ olmayıb.

Bəs "Bank of Baku" indiyədək necə inkişaf edib? Bank bu gün fəaliyyətini necə davam etdirir?

CƏLD DAVRANDI

2003-cü ildə Azərbaycan iqtisadiyyatında yeni canlanma başladı və 2009-cu ilədək sürətli iqtisadi artımlar qeydə alındı. Belə bir vaxtda "Bank of Baku" cəld davrandı, əhalinin kreditə artan tələbatını gördü və onun ödənilməsində böyük pay almağı bacardı. Yeni bank məhsulları, xüsusilə kredit məhsulları, onların reklamları bazarda cığırlar açdı. Elektronika və digər məhsulların kredit ilə satışında böyük rol oynadı, əhali arasında xeyli məşhurlaşdı.

BAKIDAN KƏNARA ÇIXDI

"Bank of Baku" 2009-cu ildə filial şəbəkəsinin yaradılmasında da "hücuma" keçdi, 2013-cü ildən bu "hücum" gücləndi, təkcə Bakının deyil, regionların da bankı olmağı bacardı. "Bank of Baku"nun aqressiv inkişafına artıq onun bir sıra rəqibləri tab gətirə bilmirdi. Eyni zamanda, Mərkəzi Bank tərəfindən banklara qarşı tələblər daha da ciddiləşdirilirdi. Bütün bu proseslər bir sıra bankların oyundan çıxmalarını sürətləndirdi.

"Bank of Baku"nun güclü səhmdar tərkibinə malik olması, vaxtında sərmayənin artırılması, korporativ idarəetmənin təkmilləşdirilməsi də ona mühüm üstünlüklər təmin etdi.

UZAQGÖRƏN OLDU

2010-cu ilədək Azərbaycanda nağd ödənişlər üstünlük təşkil edirdi. Lakin gec-tez nağdsız ödənişlərin üstünlük təşkil edəcəyi gözlənilirdi. Nağdsız ödənişlərdən geniş şəkildə istifadə bankların bu sahədə ciddi hərəkətə keçməməsinə görə də gecikirdi. Yenə "Bank of Baku" çevik və uzaqgörən oldu, "Bolkart" məhsulları ilə nağdsız ödənişlərin inkişaf etməsi üçün qabağa düşdü, vərdişlər formalaşdırdı, bazar payını böyük nisbətdə artırdı. "Bolkart" təqdim edilən zaman, bu gün tanınan bir çox kart məhsulları bazarda yox idi.

HARADAN HARA

21 fevral 2015-ci il və 21 dekabr 2015-ci tarixli devalvasiyalar Azərbaycan banklarını sarsıtdı. Həmin il cəmi kreditlərdə xarici valyutada verilmiş kreditlərin payı yüksək idi. Əhalinin manat ilə ifadədə borclarının kəskin artması kreditlərin yığılmasını çətinləşdirdi. Həmin vaxt "Bank of Baku" da itkilər ilə üzləşdi. Lakin Bankın güclü kapital ehtiyatı və vətəndaşların xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin dövlət tərəfindən ödənilməsi "Bank of Baku"ya da kömək oldu.

2015-ci ilin devalvasiyalarından öncə – 2014-cü ilin sonunda "Bank of Baku"nun cəmi aktivləri 748 milyon 192 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 624 milyon 145 min manata çatmışdı. Bankın məcmu kapitalı isə 138 milyon 232 min manat təşkil etmişdi. Devalvasiyaların yaratdığı çətinliklər və kreditləşmənin azalması ilə əlaqədar olaraq 2018-ci ilin sonunadək "Bank of Baku"nun cəmi aktivləri 300 milyon 71 min manatadək, o cümlədən kredit portfeli 200 milyon 404 min manatadək düşmüşdü. Bankın məcmu kapitalı isə 31 milyon 272 min manata geriləmişdi. Bu rəqəmləri diqqətlə müqayisə edin - aktivlərin 448 milyon manatından, məcmu kapitalın isə 100 milyon manatdan çox hissəsinin itirilməsindən söhbət gedir. Belə bir ağır vəziyyətə baxmayaraq "Bank of Baku" yıxılmadı. Çünki vaxtında böyük kapital formalaşdırmış, müasir texnologiyaları mənimsəmiş, qeyri-kredit məhsullarını təqdim etmiş, əlavə gəlir mənbələri formalaşdırmışdı. 2019-cu ildən yenidən böyüməyə başlayan bankın ən son maliyyə göstəricilərinə görə, 2023-cü ilin sonunda "Bank of Baku"nun cəmi aktivləri 870 milyon 890 min manata (o cümlədən kredit portfeli 659 milyon 43 min manata), məcmu kapitalı 140 milyon 859 min manata çatıb. Bütün bu əsas göstəricilər devalvasiyalardan əvvəlki göstəriciləri belə üstələyir. "Bank of Baku" son 6 ildə 3 dəfəyə yaxın böyüyüb, kredit portfeli və məcmu kapitalı isə 4 dəfədən çox artıb.

MİLYARDLIQ BANKLAR SIRASINA QATILMAĞA NAMİZƏDDİR

"Bank of Baku"nun cəmi aktivləri 2023-cü ildə 2022-ci illə müqayisədə 169 milyon 658 min manat artaraq 870 milyon 890 min manata çatıb. 2024-cü ildə də azı eyni məbləğdə artım olarsa, "Bank of Baku"nun böyüklüyü 1 milyard manatı aşa bilər. 

YENİ YARIŞ BAŞLAYIB 

Qısası, bu gün 30 yaşını qeyd edən "Bank of Baku" daha güclü və daha təcrübəlidir. Yaxın illərdə rəqəmsallaşan, süni intellektdən istifadə edən, finteç və startaplar ilə əməkdaşlıq edən bankların bazarda qalacağı gözlənilir. Bu tendensiyalara görə bank sektorunda yeni yarış başlayıb. "Bank of Baku" da məhsuldarlığını artırır, məhsullarını təkmilləşdirir  və geridə qalmamaq üçün süni intellektdən istifadə yollarını araşdırır. Geriyə və mövcud maliyyə vəziyyətinə baxsaq, Bankın bu yarışı da öndə başa vuracağını söyləmək olar.

"Bank of Baku", 30 yaşın mübarək!

30 bnakofbaku yubiley
14.02.2024 10:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ