İran Azərbaycanla sərhəd zonasında xəstəxanalar tikir
İranın Sosial Təminat Təşkilatının sağlamlıq turizmi ilə bağlı master-planın təqdimat mərasimi keçirilib.
Master-planın təqdimatı ilə yanaşı qonşu ölkələrdən xəstələrin qəbulu və onların yerləşdirilməsi layihəsinə start verilib.
Mərasimdə müxtəlif ölkələrdən, o cümlədən Azərbaycanın özəl şirkətlərini təmsil edən şəxslər iştirak edib. Master-plan çərçivəsində 17 xəstəxana və 200 həkim qonşu ölkələrdən, o cümlədən Azərbaycan və İraqdan gələn xəstələri qəbul edəcək və onlara xidmət göstərəcək.
İranın kooperasiya, əmək və sosial təminat naziri Əli Rəbii açıqlamasında bildirib ki, İranda Azərbaycandan gələn xəstələrin müalicəsi üçün geniş potensial mövcuddur: “Ümid edirik ki, turizm sahəsində Azərbaycanla əlaqələrimiz daha da inkişaf edəcək”.
Ə.Rəbii bildirib ki, İran tərəfinin Azərbaycanda inşa etdiyi dərman istehsalı zavodu tezliklə istifadəyə veriləcək.
Sosial Təminat Təşkilatının baş direktoru Tağı Nurbəxş isə bildirib ki, tezliklə Azərbaycanla sərhəd zonasında, o cümlədən Parsabad, Təbriz, Urmiya və Xoy şəhərlərində xəstəxanalar fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, sözügedən xəstəxanalarda Azərbaycandan gələn xəstələr müalicə oluna biləcək.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)

