Agentlik: Köhnə avtobusları xətdən çıxarmaq çətin məsələdir
Köhnə avtobusları dərhal xətdən çıxarmaq çətin məsələdir. Avtobusları yeniləmək üçün daşıyıcıların da müəyyən avtoparkları olmalıdır. Cari il ərzində də tərəfimizdən həmin avtobusların yenilənməsi istiqamətində müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub.
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov deyib.
O qeyd edib ki, son illərdə dövlət tərəfindən mindən artıq avtobus paytaxta gətirilib: “Bundan başqa, digər daşıyıcılar tərəfindən 400-dən çox avtobus paytaxta gətirilib. Bu yeni avtobuslar mərhələli şəkildə xəttə çıxarılır”.
“Qeyd edim ki, hazırda müasir standartlara cavab verən 115 avtobus sıxılmış təbii qazla işləyir və onalr ekoloji təmizdir. Bizim əsas təşviqimiz də avtobusların yenilənməsi zamanı ekoloji təmiz avtobusların alınaraq xətdə buraxılmasına nail olmaqdır”, - deyə o vurğulayıb.
E. Məcidov həmçinin deyib ki, hazırkı sərnişindaşıma səviyyəsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini müəyyən mənada qane etmir:
"Çünki hələ də müəyyən avtobusların istismar vəziyyəti qənaətbəxş deyil, onlar müasir tələblərə cavab vermir. Hazırda Bakı şəhərində müntəzəm marşrutlar üzrə təxminən 2 min vtobus istismar olunur. İstismarda olan bu avtobusların təxminən 1200-dəki müasir tələblərə cavab verir. Digər avtobuslarda ya soyutma sistemi yoxdur, ya da alçaq döşəməli deyil. Bundan başqa, ili köhnə olan avtobuslar da var ki, onların da istismar müddəti artıq bitib”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























