Unicapital-dan dövlət qurumları və banklar üçün güzəştli şərtlər - broker komissiyası tutulmayacaq
(®) “Unicapital İnvestisiya Şirkəti” ASC tərəfindən yerli kapital bazarlarında istiqraz alışı zamanı dövlət qurumlarına və banklara öncədən müəyyən edilmiş xüsusi güzəştlər şamil ediləcək.
Azərbaycan Respublikası Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərracında banklardan broker komissiyası tutulmayacaq.
Ən böyük güzəşt isə dövlət strukturları üçün nəzərdə tutulub. Belə ki, “Unicapital”-dan verilən məlumata əsasən, Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərracda 0% broker komissiyası ilə əldə edə biləcəklər.
Həmçinin, Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslərə Mərkəzi Bankının notları və Maliyyə Nazirliyinin Dövlət istiqrazlarının təkrar bazarda alışı zamanı 0% broker komissiyası tətbiq ediləcək.
Müraciət üçün linkə keçid edə bilərsiniz: https://unicapital.az/xidmetler/yerli-bazarlar
Qeyd edək ki, Unicapital İnvestisiya Şirkəti BFB-nin ilk ən uzun müddətli üzvü olaraq daima Azərbaycanda kapital bazarlarının inkişafına öz töhfəsini verməkdə davam edir.
Xatırladaq ki, “Unicapital İ.Ş.” ASC-nin nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
58 d. əvvəl
Bazarda ciddi nöqsanlar aşkarlanıb, məhdudlaşdırıcı qərar qəbul edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank İdarə Heyətinin sədri ABŞ-yə ilk bankçılıq missiyasında iştirak edib
-
1 saat əvvəl
Xalq Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak edib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib
-
3 saat əvvəl
Yanğından mühafizə fəaliyyəti üzrə çalışan bəzi müəssisələrin lisenziyaları ləğv olunub
- 3 saat əvvəl