Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Gündən-günə bahalaşır - Qiyməti yenidən rekord qırdı

Cümə axşamı günü, ICE Futures-ın məlumatlarına görə, bir ton kakaonun qiyməti 5,5 min dolları keçərək yeni tarixi rekorda çatıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Gündən-günə bahalaşır - Qiyməti yenidən rekord qırdı

Dünyada kakaonun bazar qiyməti bir həftədən az bir müddətdə 500 dollar artıb və son 46 ilin ən yüksək səviyyəsinə çatıb.

Marja.az xəbər verir ki, cümə günü bir ton kakaonun qiyməti 5578 dollara yüksəlib. Bu, ICE Futures məlumatlarına görə, 1977-ci ildən bəri ən yüksək səviyyədir. 

Dünyada kakao qıtlığı artıq iki ildir ki, davam edir və onun aradan qaldırılması üçün heç bir ilkin şərt yoxdur. Qiymətlər daha da arta bilər.

Beynəlxalq Kakao Təşkilatı yanvar ayında bildirib ki, dünyada iki ildir davam edən kakao qıtlığı 2024-cü ildə də davam edəcək, Qırmızı dənizdə daşınma ilə bağlı çətinliklər isə bu xammal üçün mövcud qiymətlərin yüksəlməsi tendensiyasını dəstəkləyəcək. 

Keçən il kakaonın qiyməti 38% artımla dekabrın sonunda pik həddinə çataraq bir ton üçün 4300 dollar təşkil etmişdi. ICE Futures-in məlumatına görə, o vaxtdan bəri bu xammalın dəyəri daha 30% artıb.

08.02.2024 16:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ