ABŞ-da ailələrin borcu 17,5 trilyon dollara çatıb
ABŞ-da ev təsərrüfatlarının borcu 2023-cü ilin son rübündə əvvəlki rüblə müqayisədə 1,2 faiz artaraq 17,5 trilyon dollara çatıb.ABŞ Mərkəzi Bankının (FED) Nyu-York şöbəsi tərəfindən hazırlanan ötən ilin dördüncü rübünə aid Ev Təsərrüfatlarının Borcu və Kredit Hesabatı dərc edilib.
Marja.az xəbər verir ki, hesabata görə, amerikalıların borcu 2023-cü ilin son rübündə əvvəlki rüblə müqayisədə 1,2 faiz artaraq 17,5 trilyon dollara çatıb.
Ailələrin borcu keçən ilin dördüncü rübündə üçüncü rüblə müqayisədə 212 milyard dollar, illik müqayisədə (2023-cü il ərzində) 604 milyard dollar artıb.
Amerikalıların borclarının böyük hissəsini ipoteka kreditləri təşkil edir. Bu borc keçən ilin son rübündə əvvəlki rüblə müqayisədə 112 milyard dollar artaraq 12,25 trilyon dollara çatıb. Mənzil kreditlərindən yaranan borclar 2023-cü ildə 2022-ci illə müqayisədə 329 milyard dollar artıb.
Keçən ilin sonuna olan məlumata görə, amerikalıların ən çox borclandığı - 1 trilyon 607 milyard dollarla avtomobil kreditləri, 1 trilyon 601 milyard dollarla tələbə kreditləri və 1 trilyon 129 milyard dollarla kredit kartları olub.
Keçən ilin sonu etibarilə kredit kartı borcları əvvəlki illə müqayisədə 143 milyard dollar artıb. Avtomobil kreditlərinə görə borclar 2023-cü ildə əvvəlki ilə nisbətən 55 milyard dollar, tələbə kreditlərinə görə borclar isə 6 milyard dollar artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 d. əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)







.jpg)






