Ötən il Azərbaycan Rusiyadan 516 min kubmetr taxta-şalban alıb - 4-CÜ BÖYÜK İDXALÇIYIQ
Asiya ölkələrinin Rusiyanın taxta-şalban ixracında payı 98%-ə çatıb. 2023-cü ildə ölkənin ümumi taxta-şalban ixracı 10% azalıb.
Bu barədə Marja.az “Roslesinforq”un (Roslesxozun meşə təsərrüfatının uçotu agentliyi) mətbuat xidmətinə istinadən xəbər verir.
“Rusiyadan taxta-şalban ixracının həcmində Asiya ölkələrinin payı ilk dəfə olaraq 98%-ə çatıb. 2021-ci ildə bu rəqəm 76%-i ötmürdü. 2023-cü ildə Rusiyadan taxta-şalban ixracının həcmi 20,7 milyon kubmetr təşkil edib, bu, 2022-ci illə müqayisədə 10% azdır. Rusiyanın taxta-şalban ixracatçıları Avropa satış bazarlarını tez bir zamanda Asiya bazarları ilə əvəz edə bildilər, indi onların ölkənin ixrac strukturunda payı 98%-ə çatıb, halbuki ötən il bu, təxminən 87% təşkil edib”, - deyə məlumatda bildirilir.
Əsas tərəfdaş olaraq 2023-cü ildə təxminən 13 milyon kubmetr taxta-şalban ixrac edilən Çin qalıb. Bu rəqəm 2022-ci il səviyyəsində olub.
Sonrakı yerdə Özbəkistan gəlir - 2 milyon kubmetrdən çox - artım 8% təşkil edib, Qazaxıstan ilk üçlüyü bağlayır - 926 min kubmetr. Bu da 2022-ci illə müqayisədə 17% çoxdur. İlk on idxalçıya Azərbaycan (516 min kubmetr), Tacikistan (482 min kubmetr), Qırğızıstan (417 min kubmetr), İran (392 min kubmetr), Cənubi Koreya (340 min kubmetr), Yaponiya (337 min kubmetr) və Honq Konq (283 min kubmetr) daxildir. Ümumilikdə, 2023-cü ildə Rusiya 51 ölkəyə taxta-şalban ixrac edib.
2022-ci ildə Rusiyanın taxta-şalban ixracının həcmi 23 milyon kubmetr təşkil etmişdi. Rusiyadan taxta-şalban idxal edən ölkələrin ilk onluğuna Çin, Özbəkistan, Finlandiya, Qazaxıstan, Azərbaycan, Estoniya, Belarusiya, Sinqapur, Tacikistan və Honq Konq daxil idi.
2023-cü ildə Rusiyanın Türkiyəyə taxta-şalban satışı 2,3 dəfə artaraq 254 min kubmetr təşkil edib. Satış Qırğızıstana 36%, Koreyaya 28%, Misirə 18%, Qazaxıstana 17%, BƏƏ-yə 11% artıb. Bundan əlavə, Rusiyadan Livan, Vyetnam, Əfqanıstan, Gürcüstan, Ermənistan, İsrail, Tunis və Hindistana taxta-şalban tədarükü artıb.
Taxta məhsullarının ixrac həcminə görə lider regionlar siyahısına İrkutsk vilayəti (3,9 milyon kubmetr), Krasnoyarsk diyarı (3,7 milyon kubmetr), Arxangelsk vilayəti (1,9 milyon), Komi (1,3 milyon), Xabarovsk vilayəti (1,3 milyon) başçılıq edir. Ən böyük ixracatçılar "Сегежа", "УЛК", "Титан", "Вологодские лесопромышленники", "Лузалес", "Тернейлес", "Лесресурс-Русфорест", "Алтайлес", "Илим Тимбер" və "Череповецлес" şirkətləridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























