60 milyon dollarlıq layihə - 70%-i AYİB-in ayrdığı kredit , 30%-i ASCO-nun imkanları hesabına maliyyələşdiriləcək
AYİB-lə dövlət zəmanəti olmadan kreditin ayrılması barədə müqavilə imzalanıb“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında dövlət zəmanəti olmadan 2 ədəd “Handysize” tipli quru yük gəmisinin maliyyələşməsi üzrə kredit müqaviləsi imzalanıb.
Bununla əlaqədar keçirilmiş tədbirdə Avropa Yenudənqurma və İnkişaf Bankında Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarov, AİH-in baş icraçı direktoru Ruslan Əlixanov, ASCO-nun İdarə heyətinin sədri Rauf Vəliyev, AYİB-in Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos və AYİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Natali Mouravidze iştirak ediblər.
Kredit müqaviləsini AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov, ASCO-nun İdarə heyətinin sədri Rauf Vəliyev və AYİB-in Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos imzalayıblar.
Layihənin ümumi dəyəri 60 milyon ABŞ dolları təşkil edir. Kredit müqaviləsi 2 tranşdan ibarət olmaqla, gəmilərin alınmasının 70%-nin AYİB tərəfindən ayrılan kredit vəsaiti, 30%-nin isə ASCO-nun daxili imkanları hesabına maliyyələşməsini nəzərdə tutur.
Tədbirdə ölkəmizdə həyata keçirilən layihələrə, eləcə də qeyri-neft sektorunun mühüm tərkib hissəsi olan nəqliyyat və tranzit yükdaşımaları sahəsində icra olunan irimiqyaslı layihələrə beynəlxalq maliyyə institutları, o cümlədən AYİB tərəfindən göstərilən marağın və müxtəlif maliyyələşmə alətləri ilə verilən dəstəyin əhəmiyyəti qeyd edilib.
Bildirilib ki, AYİB tərəfindən dövlət zəmanəti olmadan birbaşa ASCO-ya kreditin ayrılması, Azərbaycanda səhmləri dövlətə məxsus olan müəssisələrdə aparılan uğurlu islahatların, beynəlxalq prinsiplərə uyğun qurulmuş korporativ idarəetmə və hesabatlılıq sistemlərinin mövcudluğunun, əməliyyatlarda şəffaflığın və sağlam maliyyə vəziyyətinin təmin edilməsinin göstəricisidir.
Vurğulanıb ki, AYİB ilə yeni əməkdaşlıq gəmiçiliyin inkişafında yeni mərhələdir və bugün imzalanan kredit müqaviləsi QSC-nin fəaliyyət coğrafiyasının genişləndirilməsinə və ölkəmizin Xəzərdən kənarda yükdaşıma potensialının daha da artırılmasına xidmət edir.
Bundan başqa, ASCO ilə əməkdaşlıq çərçivəsində imzalanan kredit müqaviləsi qlobal iqlim dəyişiklikləri üzrə çağırışların icrasına da müsbət töhfə verəcək. Belə ki, kredit müqaviləsi Beynəlxalq Dənizçilik Təşkilatının son ekoloji tələblərinə cavab verən müasir quru yük gəmilərinin alınmasını nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
8 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
9 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
9 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 10 saat əvvəl
-
10 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















