“Azərbaycanda qida zəhərlənməsi halları artıb, bu, AQTA üçün ciddi siqnal olmalıdır”
Milli Məclisin deputatı Azay Quliyev son zamanlar Azərbaycanda qida zəhərlənməsi hallarının artdığını bildirib.
Parlamentin bugünkü plenar iclasında “Qida təhlükəsizliyi haqqında” qanuna təklif edilən dəyişiklərin müzakirəsi zamanı danışan deputat bildirib ki, bu məsələdə statistika düzgün aparılmalıdır.
O söyləyib ki, qida zəhərlənmələrindən ölənlərin sayı artıb: “Bu da Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi (AQTA) üçün ciddi siqnal olmalıdır. Bu kimi halların səbəbləri ilə bağlı ictimaiyyətə məlumat verilməlidir”.
A.Quliyev eyni zamanda vurğulayıb ki, AQTA tək qidanın təhlükəsizliyinə yox, eləcə də keyfiyyət məsləsinə də fikir verməlidir: “Bu gün bazarda keyfiyyəti aşağı və təhlükəli qida məhsulları satılır. Bundan başqa, keyfiyyətsiz və təhlükəli qidalar sərhədi keçərək ölkəyə daxil olur. Bu məsələyə ciddi yanaşmaq lazımdır”.
Elə qidalar var ki, narkotik kimi vərdiş yaradır
Qida məsələləri ilə bağlı ciddi təhlükələr var. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, narkotikdən qorxuruq, amma ondan daha təhlükəlisi qidalardır:
“Elə qidalar var ki, narkotik kimi vərdiş yaradır. “Coco-Cola”, “Fanta”-lar… Evdə uşaqlara yemək yedirdə bilmirik. Onlar istədiyi o qidaların içində nə var?! Niyə onlar uşaqları cəlb edir? Genləri dəyişdirilmiş qidaları uşaqlarımıza öyrədirlər. Süni yolla yaradılmış qidalar reklam olunur. Azərbaycanı bundan qoruyacaq qidalarımız var. Bu məni ciddi şəkildə vətəndaş olaraq narahat edir. Konkret olaraq, heç kimi, heç bir müəssisənin adını çəkmirəm. Amma bizim gələcəyimiz bu məsələnin həllindən ibarətdir. Niyə Azərbaycan brendi yaranmasın?! Niyə biz məhsullarımızı kənara çıxara bilmirik? Bizim dağlarımızda su çıxır, gedirik, mağazaya Fransadan belə su gəlir, amma bizim sular yoxdur”.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qeyd edib ki, Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı çox böyük institut var, 700-ə yaxın əməkdaş çalışır:
“Orada bir anın içində milyonlarla maddə üzərində analiz aparıla bilir. Elə görüntü yaranmasın ki, Azərbaycanda qida təhlükəsizliyi təmin edilmir. Elə danışıldı ki, guya hökumət vətəndaşın düşmənidir ki, onu zəhərləyir. Elə məhsul yoxdur ki, onun genində hansısa maddə yer almasın. Amma bizim “Qida təhlükəsizliyi haqqında” qanunda bu göstərilib ki, bu insanların, heyvanların sağlamlığına ziyan vurursa, bu məhsul qadağan olunur”.
© Report, APA
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
11 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
11 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
11 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























