FED faiz qərarını açıqladı
ABŞ Federal Ehtiyat Sistemi (ABŞ Mərkəzi Bankı) yanvar toplantısında faizini gözləntilərə uyğun olaraq 5,25-5,50 faiz aralığında dəyişməz saxlayıb. Belə ki, 4-cü iclasda faiz dərəcələri dəyişdirilməyib və 22 il ərzində ən yüksək səviyyədə qalıb. FED hələlik faiz dərəcələrini azaltmağa hazır olmadığına işarə edib.ABŞ Mərkəzi Bankı (FED) 2024-cü ilin ilk faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, FED-in faiz dəhlizində dəyişiklik etmədi və 5,25% - 5,50% aralığında sabit saxladı.
Fed sonuncu dəfə 2023-cü ilin iyulunda faiz artırıb və son 4 iclasda pauza verib.
FED faizin artırılmasının sona çatdığına, lakin faiz dərəcələrini azaltmağa hazır olmadığına işarə edib.
Bankın press-relizində, “İnflyasiya nəzarət altına alınana qədər faiz dərəcələri artırıla bilər” ifadəsi çıxarılıb. Bununla belə, rəsmilər inflyasiyanın hələ də bankın 2 faizlik hədəfinin üzərində olduğunu bildirərək, hələlik faiz dərəcələrinin aşağı salınması planının olmadığı mesajını veriblər.
FED-in açıqlamasında deyilir: "Komitə inflyasiyanın davamlı olaraq 2 faiz hədəfinə qədər azaldığına əmin olana qədər faiz endiriminin məqsədəuyğun olacağını gözləmir".
“Məşğulluq artımları ötən ilin əvvəlindən yavaşlasa da, güclü olaraq qalır. Ötən il inflyasiya yumşalsa da, yüksək olaraq qalır”,- FED qeyd edib.
İqtisadi vəziyyətin qeyri-müəyyən olduğu və FED-in inflyasiya risklərinə qarşı son dərəcə diqqətli olmağa davam etdiyi vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
8 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
12 d. əvvəl
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
-
16 d. əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 23 d. əvvəl
-
26 d. əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
-
29 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
30 d. əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
- 34 d. əvvəl
- 40 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Ən çox oxunanlar
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı





























