3 vəzifəli şəxsi 717 min manatlıq mənimsəmədə ittiham olunur
Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşının cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda ittiham aktı elan olunub.
İttiham aktında deyilir ki, 2018-ci ildən başlayaraq maliyyə hesablamaları, maliyyə uçotları, siğorta ödənişləri, vergi ödənişləri, mal-materialların siyahıllaşdırılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ödəniş cədvəllərində, illik hesabatlarda öz qohumları adına onların xəbəri olmadan "Azərbaycan Beynəlxalq Bankı"nda kart hesabı açılıb və həmin karta pul köçürülmələri edilib.
Daha sonra həmin kartlara köçürülən ümumilikdə 717 min 311 manat məbləğ nağdlaşdırma yolu ilə mənimsənilib.
İttiham aktına münasibət bildirən təqsirləndirilənlər - Fəridə Novruzova və Gövhər Əhmədova ittiham edildikləri maddələr üzrə özlərini qismən təqsirli biliblər.
Digər təqsirləndirilən Vəli Rəhimov isə bu maddələr üzrə özünü təqsirli bilməyib. O, sadəcə, öz işində ciddi səhlənkarlığa yol verdiyini bildirib.
Təqsirləndirilən Gövhər Əhmədova çıxışı zamanı öz vəzifəsinə ciddi yanaşmadığını və bu iş üzrə əmrləri Vəli Rəhimovdan aldığını deyib.
Təqsirləndirilən Fəridə Novruzova ehtiyacı olduğu üçün bunu etdiyini və bu barədə Gövhər Əhmədovaya dediyini bildirib.
Daha sonra təqsirləndirilən Vəli Rəhimovun vəkili vəsatətlə çıxış edib. O, ittiham aktında mənimsənilən pulun hansı bankların bankomatlarından, hansı saatda, hansı ünvanda, kim tərəfindən çıxarıldığının əks olunmadığını və bu barədə banka müraciət edilməsi barədə vəsatətlə çıxış edib.
Təqsirləndirilən Gövhər Əhmədova vəsatətlə bağlı hakimin kartlara məbləğlərin necə yüklənməsi barədə ünvanladığı sualı cavablandırıb. O, övladlarının adına olan kartlara məbləğlərin internet üzərindən köçürüldüyünü deyib.
Məhkəmə vəsatəti təmin edib.
Prosesi fevralın 23-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzovadır.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























