"Gömrük dövriyyələri gizlədir" iddiasına cavab verildi
Gömrükdən Azərbaycan və Gürcüstanın xarici ticarət dövriyyələrində yaranan fərqlər ilə bağlı açıqlamaDövlət Gömrük Komitəsi Azərbaycan və Gürcüstanın xarici ticarət dövriyyələrində yaranan fərqlər ilə bağlı məlumat yayıb.
Marja.az Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumatı təqdim edir:
Sosial şəbəkələr üzərindən Azərbaycan və Gürcüstanın xarici ticarət dövriyyələrində yaranan fərqlərlə bağlı söylənilən mülahizələrdə Dövlət Gömrük Komitəsi aşağıdakı məlumatların nəzərə alınmasını ümumi mənzərənin daha düzgün təfsir olunmasına faydalı olacağını bildirir.
Azərbaycan Respublikasında xarici ticarətinin gömrük statistikası BMT-nin Statistika Xidmətinin metodoloji göstərişləri əsasında beynəlxalq standartlara uyğun olaraq aparılır.
Sözügedən metodologiyaya uyğun olaraq idxal olunan malların həcminin coğrafi bölgüsü - malın mənşə ölkəsi üzrə, ixrac olunan malların coğrafi bölgüsü - malın təyinat ölkəsi üzrə aparılır.
Başqa sözlə, Azərbaycanın Gürcüstandan idxal göstəriciləri həmin ölkə və digər ölkələrdən idxal olunmuş Gürcüstan mənşəli mallar əsasında, ixrac göstəriciləri isə Azərbaycandan yerli və digər ölkə mənşəli malların Gürcüstana ixracı əsasında formalaşır.
2023-cü il ərzində Dövlət Gömrük Komitəsinin məlumat bazasında Azərbaycana idxal olunmuş Gürcüstan mənşəli malların dəyəri 126 mln. ABŞ dolları təşkil etsə də, Gürcüstan Respublikasının www.geostat.ge veb-səhifəsində yayınladığı ilkin xarakterli məlumatlarda (preliminary data) Azərbaycana ixrac olunmuş malların dəyəri 862 mln. ABŞ dolları göstərilmişdir.
Lakin mənşə ölkəsini nəzərə almadan ötən il ərzində Gürcüstandan idxal olunan (göndərən ölkə Gürcüstan) malların dəyəri 1 mlrd. 88 mln. ABŞ dolları təşkil etmiş, bu idxalın 962 mln. ABŞ dolları dəyərində olan malların mənşə ölkəsi Almaniya, Yaponiya, Türkiyə, ABŞ və digər ölkələr olduğuna görə rəsmi statistikada həmin ölkələrdən Azərbaycana idxal olunmuş malların dəyərinə əlavə edilmişdir.
Eyni zamanda, ixrac və idxal qiymətləri arasında yaranan qiymət fərqləri (məsələn, nəqliyyat, sığorta və s.), ixrac və idxal üzrə hesabat ilinin fərqli olması (məsələn, bir ölkədən dekabr ayının sonlarına təsadüf edən ixracın növbəti ilin əvvəlində digər ölkədə idxal olunaraq qeydiyyata alınması) və bu kimi digər amillər də xarici ticarət dövriyyələri arasında fərqin yaranmasına səbəb olur.
Təcrübədə güzgülü statistikanın aparılması üçün (statistik məlumatların tutuşdurulması məqsədilə) qarşılıqlı razılaşma əsasında ölkələrin gömrük xidmətləri arasında işçi görüşlər keçirilir.
Azərbaycanın gömrük xidməti də öz növbəsində bu növ təcrübədən istifadə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
21 d. əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 4 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 23 saat əvvəl
-
23 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
23 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















