Lahıca 20 minlik axın
İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gələn turistlərin sayı artıb.
Lahıc Tarix-Mədəniyyət Qoruğundan bildirilib ki, qoruqda 100-dən çox abidə dövlət tərəfindən mühafizə olunur. Beş məscid, Hacı Molla Hüseyn, Hacı Cahanbaxış, Ağa hamamları, qədim kanalizasiya xətti, möhtəşəm “Cavanşir qalası”, 72 otaqlı “Hacı Qurban evi”, qədim dəyirmanlar, habelə əsrarəngiz təbiət turistlərin diqqətini bu yerlərə cəlb edir.
2012-ci ildə Lahıca 1757-si xarici olmaqla, 20 min 841 nəfər turist gəlmişdisə, hazırda onların sayı əhəmiyyətli dərəcədə artıb. 2016-cı ildə buraya 31 min 595 nəfər turist gəlib. Xarici turistlərin sayı isə 4 min 536 nəfər olub. Bu ilin yeddi ayında isə Lahıca 4 min 32-si xarici ölkələrdən olmaqla, 19 min 234 turist səfər edib. Gələn turistlər ən çox Rusiya, BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, İsrail, İtaliya, Cənubi Koreya, Yaponiya və digər ölkələrdəndir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 57 d. əvvəl
-
2 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 3 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
8 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
8 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb





















