ABB demişdi, etdi
Dünən ABB özünün mobil tətbiqində Süni İntellekt xidmətini müştərilərə təqdim edib (Daha ətraflı buradan oxuya bilərsiniz).
Süni intellekt ABB mobile istifadəçilərinin Bankın xidmət və məhsulları ilə bağlı suallarına cavab verir.
Xidmət hələlik iOS sistemində aktivdir. Tədricən bütün istifadəçilər ondan faydalana biləcəklər. Hazırda təkcə Azərbaycan dilində olan ABB Süni İntellektdən tezliklə başqa dillərdə də istifadə mümkün olacaq.
Xatırladaq ki, ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov ötən ilin noyabrında Marja.az da yayımlanmış müsahibəsində belə bir yeniliyin anonsunu vermişdi:
“Bu günlərdə Generativ süni intellektin (Generative AI) imkanlarını tətbiq etməklə həm arxa ofis işlərində, proqramlaşdırmada məhsuldarlığı artırmaq üçün hansı işlər görə biləcəyimizi, həm də müştəri əlaqələrində, o cümlədən Məlumat Mərkəzində müştərilərlə doğma dilimizdə yazılı və səsli ünsiyyətdə bundan istifadə imkanlarını araşdırırıq”.
ABB Süni İntellekt xidmətinin istifadəyə verilməsi ABB-nin bu imkanları artıq real məhsula çevirməyə başladığını göstərir. Bu cür maraqlı məhsullar yeni müştəri təcrübəsi yaradır və sektorda inkişaf meyllərini genişləndirərək sürətləndirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
5 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 8 saat əvvəl
-
8 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"



















