İcraçı direktor: "IGB-nin genişləndirilmiş həcmləri iyulda sifariş ediləcək" - EKSKLÜZİV
Regionda dəyişən təhlükəsizlik və enerji mühiti səbəbindən Azərbaycan təbii qazını nəql edən Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) bazarın artan ehtiyaclarına uyğun olaraq genişləndirilməsi imkanlarını fəal şəkildə araşdırılır.
Bunu açıqlamasında layihə operatoru olan ICGB-nin icraçı direktoru Teodora Georgieva deyib.
“IGB-nin hazırda illik ötürmə qabiliyyəti 3 milyard kubmetr təşkil edir. Hazırda PRISMA və RBP platformalarında mövcud tutum hərraca çıxarılıb.
İnterkonnektor Bolqarıstanın daxili istehlakının təqribən yarısını təmin edir, Moldova və Ukrayna kimi regionun digər ölkələrinə yeni mənbələrdən çatdırılma imkanı yaradır”, - deyə o bildirib.
T.Georgieva qeyd edib ki, ICGB artan tələbatı qarşılamaq məqsədilə borunun tutumunun 5 milyard kubmetrə qədər artırılmasında bazar marağını araşdırmaq üçün prosesə başlayıb və artıq Transmissiya Xidmətləri Operatorları (TSO) bu prosesin qeyri-məcburi mərhələsini həyata keçirib: “Bu mərhələdə tələbata dair müsbət impluslar müşahidə edən ICGB prosesin növbəti addımları üzərində işini davam etdirir. Məcburi mərhələ, yəni enerji treyderləri və yükgöndərənlərin qaz tutumlarını sifariş edə biləcəyi mərhələ isə 2024-cü ilin iyul ayına planlaşdırılır. Həmçinin şirkət potensial investisiyaları qiymətləndirmək istiqamətində də fəaliyyət göstərir və bununla bağlı yekun qərarı “BEH Ltd.” ilə “IGI Poseidon” verəcək.
Onun sözlərinə görə, genişləndirmə ilə bağlı qərar verildikdən sonra ICGB mühəndislik mərhələsi üçün podratçı, mövcud infrastrukturda hər hansı dəyişiklik üçün məsləhətçilər seçəcək, nəhayət tender proseduruna və tikinti işlərinə davam edəcək.
“Geniş regionda enerji infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı ICGB Qərbi Balkanlar, Cənub-Şərqi və Mərkəzi Avropadakı digər TSO-lar və ölkələrlə daha sıx əməkdaşlığın fəal tərəfdarıdır. Enerji asılılığını azaltmaq, təhlükəsiz çatdırılma marşrutlarını və şaxələndirilmiş mənbələri təmin etmək məqsədilə Moldova və Ukraynadakı TSO-ların da daxil olduğu Şaquli Qaz Dəhlizi təşəbbüsünün genişləndirilməsini dəstəkləyirik”, - deyə ICGB-nin icraçı direktoru diqqətə çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-dən fəaliyyətə başlayan IGB layihəsi 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş “ICGB AD” investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi (50 %) və Yunanıstanın “IGI Poseidon” (50 %) şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır.
Ümumi uzunluğu 182 km, illik ötürmə qabiliyyəti 3-5 milyard kubmetr həcmində olan IGB-nin 150 km-lik hissəsi Bolqarıstan ərazisinə düşür.
2023-cü ildə Bolqarıstana 1,39 milyard kubmetr, Yunanıstana 0,67 milyard kubmetr Azərbaycan təbii qazı nəql olunub.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
8 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
9 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
9 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 10 saat əvvəl
-
10 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir





















