"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəətində 10 qat artım
Əsas səhmdarı Türkiyənin "Yapı Kredi A.Ş." bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC 2023-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Yapı Kredi Bank Azərbaycan" QSC 2023-cü ili 12 milyon 2 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 1 milyon 153 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Yapı Kredi Bank Azərbaycan"nın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 10 milyon 849 min manat və ya 10,4 dəfə artıb. Xalis mənfəətin kəskin artması həm ötən il gəlirlərin artması, həm də Bankın mümkün zərərlər üçün yaradılan ehtiyatlara vəsait ayırmaması, əksinə ehtiyatdan vəsaitin qayıtması ilə əlaqədardır.
CƏMİ GƏLİRLƏRİ ARTIB
2023-cü ildə "Yapı Kredi Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 58 milyon 708 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri faiz xərcləri) 42 milyon 926 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 15 milyon 782 min manat təşkil edib. Həmçinin mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olan 420 min manat mənfəətə əlavə edilib. "Yapı Kredi Bank Azərbaycan" 16 milyon 202 min manat mənfəətindən 4 milyon 200 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Yapı Kredi Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri 45 milyon 126 min manat, cəmi əməliyyat xərcləri 34 milyon 950 min manat, əməliyyat mənfəəti 10 milyon 176 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 7 milyon 991 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırmış və 1 milyon 31 min manat mənfəət vergisi ödəmişdi.
2023-cü ildə "Yapı Kredi Bank Azərbaycan"ın cəmi gəlirlərinin 13 milyon 582 min manat artmasına qarşılıq, cəmi xərcləri 7 milyon 976 min manat artıb. Gəlirlər xərclərdən daha çox artığı üçün, Bankın əməliyyat mənfəəti də 5 milyon 606 min manat daha çox olub.
BANK BÖYÜYÜB
2023-cü ildə "Yapı Kredi Bank Azərbaycan"ın cəmi aktivləri 32 milyon 933 min manat və ya 6,8% artaraq 514 milyon 860 min manata yüksəlib. 2022-ci ilin sonunda Bankın cəmi aktivləri 481 milyon 928 min manat təşkil etmişdi.
Keçən il "Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 54 milyon 833 min manat artaraq 291 milyon 778 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 22 milyon 707 min manat artaraq 68 milyon 14 min manata, biznes kreditləri portfeli 19 milyon 717 min manat artaraq 188 milyon 882 min manata, ipoteka kreditləri portfeli 12 milyon 409 min manat artaraq 34 milyon 881 min manata yüksəlib.
BANKDA CƏMİ DEPOZİTLƏR ARTIB
Ötən il "Yapı Kredi Bank Azərbaycan"da cəmi depozitlər 2 milyon 838 min manat artaraq 366 milyon 695 min manata yüksəlib. O cümlədən, fiziki şəxslərin depozitləri 9 milyon 207 min manat artaraq 89 milyon 958 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 6 milyon 370 min manat azalaraq 276 milyon 736 min manata geriləyib.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2023-cü il tarixində "Yapı Kredi Bank Azərbaycan" 87 milyon 947 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 75 milyon 75 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 14 saat sonra
-
-
1 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
3 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
























