"Delimitasiyanı gözləsək, onda sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər"
"Sülh müqaviləsində delimitasiya və demarkasiya ilə bağlı hər hansı bənd ola bilər. Ancaq əgər biz delimitasiyanı gözləyib sülh müqaviləsini təxirə salsaq, onda sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər".
Marja.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirib.
Prezident sözlərinə belə davam edib:
"Çünki dəfələrlə biz demişik ki, bizim dost və qonşu Gürcüstanla delimitasiya hələ başa çatmayıb. Sərhədin cəmi 70 faizi müəyyən olunub və təsdiqlənib. Rusiya ilə bizim delimitasiya prosesimiz 20 il davam etdi, 2012-ci ildə ancaq imzalandı və bu günə qədər 13 il keçib, bütün o dirəklər, nişanlar hələ qoyulmayıb, demarkasiya hələ ki, tam aparılmayıb. Ona görə əgər biz bu iki mövzunu qarışdırsaq, onda sülh müqaviləsi uzanacaq, bəlkə də 30, 50 il bundan sonraya. Biz hesab edirik ki, sülh müqaviləsi imzalanmalıdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Amma yəni, demək istəmirik ki, bizim şərtlər əsasında. Ancaq hesab edirəm ki, bizim şərtlərimiz ən ədalətli şərtlərdir. Delimitasiya prosesi isə davam etməlidir. Kəndlər bizə qaytarılmalıdır. Anklavlarla bağlı komissiyanın işi nəticəsində də razılığa gəlmək olar. Yəni, hesab edirəm ki, bu, tam məntiqli yanaşmadır".
İlham Əliyev işğal altında olan kəndlər ilə bağlı deyib:
"Hesab edirəm ki, bizim təklifimiz də çox məntiqlidir. Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
7 d. əvvəl
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
- 48 d. əvvəl
-
1 saat əvvəl
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılır
-
2 saat əvvəl
Azərbaycanın xaricə fındıq satışından gəliri artıb - 171 MİLYON DOLLARA YAXIN QAZANC
-
2 saat əvvəl
“Meqa Sığorta”nın İdarə Heyətinin sədr müavini vəzifəsindən ayrılıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq
-
3 saat əvvəl
Vaxtında uçota durmayan “Classnet” internet provayderi cərimələndi
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dünyanın ən çox qazanan futbol komandaları açıqlanıb
S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq
Ən çox oxunanlar
Vaxtında uçota durmayan “Classnet” internet provayderi cərimələndi
Azərbaycan neftinin son qiyməti
İrşad-da “ŞAD Günlər” başladı!
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
Azərbaycana pomidor ixracından daxil olan valyuta 10 faizə yaxın artıb - 192,5 MİLYON DOLLARLIQ İXRAC
Rəsmi məzənnələr açıqlandı
Swissôtel & Raffle Residences – Sea Breeze-də premium yaşayış imkanı






















