Avro/dollar 2017-də 1-i görə bilərmi?
2016-ci ilin son iş günündə "toppuş barmaq" ilə gündəmə gələn Avro/dollar (EUR/USD) məzənnəsi və məzənnədəki hərəkət bazarların 2017-ci ildə də gündəmində yerini qoruyur.
"Marja"nın məlumatına görə, məzənnə, "toppuş barmaq" ilə 1,05 səviyyəsinin altından 1,06503-ə qədər yüksəlsə də qısa müddətdə başlanğıc nöqtəsinə geri qayıtdı və ili 1,0528-dən bağladı. Treyderlər davam edən aşağı istiqamətli təzyiqin məzənnəni 1 səviyyəsinə, yəni avro və dolların dəyərinin tarazlanması səviyyəsinə gətirib-gətirməyəcəyini maraqla izləyirlər.
(Birjalarda treyderlərin apardığı əməliyyatlar zamanı yanlış bir düyməni basaraq daha çox alış reallaşdırmasına "fat finger" yəni "toppuş barmaq" xətası deyilirr. Məsələn, 1000 lot alış yerinə bir sıfıra daha çox basılıb 10.000 lot alış edilməsi kimi.)
Analitiklərə görə, 20 Yanvarda Ağ Evə girəcək ABŞ-ın 45-ci Prezidenti Donald Trumpın verəcəyi qərarlar başda olmaqla Fed və ECB-inin pul siyasətlərindəki fərqlərin avro/dollar məzənnəsini müəyyənləşdirəcəkdir.
SOCIETE GENERALE: 15 İL SONRA İLK DƏFƏ MƏZƏNNƏ BƏRABƏRLƏŞƏCƏK
Societe Generale-a görə, Avropada siyasi qeyri-müəyyənliklərin artması və ABŞ-da faiz artırımları 15 il sonra ilk dəfə avro və dolları bərabərləşdirəcək.
Societe Generale-a görə, Trumpın qələbəsinin ardından populist siyasətin dünya miqyasında dəstək tapması, Fransada Mariya Le Pen-ə, İtaliyada isə Beş Ulduz Hərəkatına dəstəyin artması investorların qayğılarını, xüsusilə Avropa mərkəzində artırır. Societe General "Siyasi mənzərəyə dair narahatlıqlar və populist siyasətlər Avronu təzyiq altında saxlamağa davam edəcək" deyir. Bank, avro/dolların 2017-nin ilk rübündə 1 səviyyəsinə enməsini, 2017-ci ilin sonunda isə 1.09 səviyyəsinə yüksəlməsini gözləyir. Bank bu proqnozu Fed-in gələn il 2 dəfə faiz artıracağı ssenarisin də əsas götürərək edir.
QAZANMAĞI ÖYRƏNMƏYƏ BAŞLAYIN! – ƏTRAFLI >
GOLDMAN SACHS: ƏN YAXŞI SƏRMAYƏLƏRDƏN BİRİ AVROYA QARŞI DOLLAR ALMAQDIR
Goldman Sachs (GS), 2017-ci ildə güclü dollar proqnozu edərək avro qarşısında uzun mövqe tutmağı 2017-nin ən yaxşı dörd qoyuluşundan biri kimi görür. GS, 2017-də Avro/dollarda 1 səviyyəsini gözləyir.
BARCLAYS: 0,95-İ GÖRƏCƏK
İngiltərənin investisiya bankı Barclays-a görə Avro/dollar 2017-də 1 səviyyəsindən də aşağı enəcək. Barclays-ın 2017-nin ikinci rübü üçün təxmini 1,01 və 2017-ci ilin sonu üçün təxmini isə 0,95-ə qədər zəiflədikdən sonra 0,99-dur.
ABN AMRO: FED VƏ ECB-NİN PUL SİYASƏTİ BİR-BİRİNƏ ƏKSDİR
ABN AMRO isə, "Avro/dollarda bərabərliyin 2017-də reallaşmasını gözləyirik. Bu gözləntimiz Fed ilə ECB-inin pul siyasətlərindəki fərq ilə (Fed faiz artırır, ECB isə azaldır) Avropada artan siyasi riskləri əks etdirir"-deyir.
QAZANMAĞI ÖYRƏNMƏYƏ BAŞLAYIN! – ƏTRAFLI >
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 14 d. əvvəl
- 24 d. əvvəl
-
52 d. əvvəl
Si Cinpin və Donald Tramp Hörmüz hoğazının açıq qalması məsələsində həmfikirdir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
TSMC: Qlobal çip bazarı 2030-da 1,5 trilyon dollara çata bilər
-
3 saat əvvəl
Bank of Baku qan donorluğunun əhəmiyyətini vurğulayıb – qanvermə aksiyası keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Lizinq şirkəti bank olmayan kredit təşkilatı yaradır
Nərgiz Əliyeva: “Daxili audit sadəcə yoxlama deyil”
102 və 191 nömrəli marşrut avtobusları yenilənir
TSMC: Qlobal çip bazarı 2030-da 1,5 trilyon dollara çata bilər
Ən çox oxunanlar
Mayın 15-də gözlənilən hava şəraiti - 30 dərəcə isti
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb

















.jpg)



