1 ay əvvəl açılşı olan şirkət möhtəşəm villaların kirayəyə veriləcəyini elan etdi - FOTOLAR
PAŞA Daşınmaz Əmlak şirkəti (PASHA Real Estate) "Bilgah Estates"də möhtəşəm villaları kirayəyə veriləcəyini elan edib.
Bu barədə Marja.az Şirkətə istinadən xəbər verir.
Həmçinin şirkət "Absheron Apartments"də yerləşən mənzilləri təklif edir.
"Port Baku biznes mərkəzindən, restoranlardan və ticarət mərkəzindən bir neçə dəqiqəlik məsafədə Bakı Bulvarının heyrətamiz panoraması ilə öyünən "Absheron Apartments"ın dəbdəbəsini kəşf edin. Üstəlik, öz yaşayış yerinizdən ən yaxşı baxış nöqtəsi ilə Formula 1 Bakı Şəhər Halqası yarışının həyəcanından həzz alın",- məlumatda deyilir.
Qeyd edək ki, təxminən 1 ay öncə paytaxtın dinamik işgüzar mərkəzi olan “Port Baku”da “PASHA Real Estate” satış ofisinin təntənəli açılışı keçirilib. Beləliklə, həm yerli, həm də xarici daşınmaz əmlak bazarını təmsil edəcək satış mərkəzi yaşayış, investisiya və ofis icarəsi üçün əmlakların tanıtımını və təqdim edilməsini həyata keçirəcək. “PASHA Real Estate” satış mərkəzinin məqsədi əmlak sahəsində müştərilərə xüsusi yanaşma ilə rahat şəraitdə və məkanda beynəlxalq standartlara uyğun şəffaf xidmətin təqdim edilməsidir.
“PASHA Real Estate” biznes, premium və lüks seqmentə aid olan “Knightsbridge Residence”, “Ritz Carlton Residences”, “Port Baku Residence”, “Bilgah Estates”, “Baku City Villas”, “Crescent Business Centre”, “Port Baku Towers 1&2”, “Baku Palace”, “Absheron Apartments” (JW Marriott Hotel) və bir çox digər layihələri təqdim edən “PASHA Property Management” şirkətinin tərkib hissəsidir.
“PASHA Real Estate”in fəaliyyət istiqamətləri biznes və premium klass mənzil və villaların satışını və kirayəsini, həmçinin A-klass biznes mərkəzlərində ofis sahələrinin icarəsini əhatə edir. “PASHA Real Estate” in “Port Baku”da yerləşən yeni satış mərkəzi zəngin çeşiddə məhsul təklifi ilə çıxış edərək, müştərilərə ehtiyaclarına cavab verəcək əmlakları rəhat şəkildə və peşəkar məsləhətçilərin köməyi ilə seçmək imkanını təqdim edəcək.
“PASHA Real Estate”i fərqləndirən əsas cəhətlərdən biri daşınmaz əmlak üzrə peşəkar mütəxəssislər komandasına malik olmasıdır. Yeni satış mərkəzində müştəriləri fərdi yanaşma və peşəkar məsləhətlər verilir. “PASHA Real Estate” ekspertləri müştərilərə bazarın dinamikasını anlamağa kömək edəcək, onların ehtiyaclarını öyrənərək mövcud təkliflər və imkanlar haqqında bütün lazımi məlumatları təqdim edəcəklər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























