Ajiotaj yaradan vergi dəyişikliyilə bağlı maraqlı məqamlar - 75%-LİK GÜZƏŞTDƏN...
Ekspert: Mikro sahibkar 3 işçini 0.25 ştatla işə götürərək 75%-lik güzəştdən istifadə edə bilər
“Bizcon Audit” MMC-nin direktor-auditoru Anar Bayramov Vergi Məcəlləsinin 102.1.30 və 106.1.20-ci maddələri ilə bağlı maraqlı məqamlar olduğunu bildirib.
Marja.az xəbər verir ki, Anar Bayramov, "Məcəlləyə əlavə edilmiş 102.1.30 və 106.1.20-ci maddələri ajiotaj yaradan maddələrdən olduqları üçün bu maddələrin digər məqamlarının müzakirəsi bir az kölgədə qalıb" deyib və əlavə edib:
"Belə ki, maddələrin ən önəmli və hamını maraqlandıran məqamlarından biri mikro sahibkar 3 işçini yarımştat və hətta 0.25 ştatla işə götürərsə 75% güzəşt hüququndan istifadə edə bilərmi? Normada bununla bağlı hər hansı bir məhdudiyyət nəzərdə tutulmadığı üçün mikro sahibkar yarımştat və yaxud 0.25 ştat işçi götürməklə və onlara vəzifə ştatlarına uyğun əmək haqqı ödəməklə güzəşt hüququndan istifadə edə bilər. Lakin burada diqqət etmək lazımdır ki, vergi ödəyicisi vergi üstünlüyü əldə etmək məqsədilə bu haldan sui-istifadə etməsin. Əksi təqdirdə işçilərlə bağlanmış bu əqd (əmək müqaviləsi) Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi kimi xarakterizə edilə bilər. Gərək vergi ödəyicisinin işə qəbul etdikləri həmin işçilər vergi ödəyicisinin fəaliyyətinə uyğun olsun".
Anar Bayramov qeyd edib ki, digər bir məqam isə bu maddələrin 3-cü abzasları ilə bağlıdır:
"Misal olaraq, mikro sahibkar olan vergi ödəyicisinin 2024-cü ildə 100 min manat dövriyyəsi olmuşdur və heç bir işçisi olmamışdır. Əgər 3 işçisi olsaydı o zaman heç bir xərcinin olmamasını nəzərə alaraq vergi ödəyicisi 5 000 manat gəlir və ya mənfəət vergisi ödəyəcəkdi. Lakin vergi ödəyicisi bu maddədə müəyyən edilən şərtlərə cavab vermədiyi üçün, yəni 3 işçisi olmadığı üçün 2024-cü il 20 000 manat gəlir (mənfəət) vergisi ödəyəcək. Əgər vergi ödəyicisi 2025-ci ildə mikro sahibkarlıq subyektindən çıxıb kiçik sahibkarlıq subyekti olarsa o zaman 2024-də ödədiyi verginin 75%-ni 2025-də ödəyəcəyi vergidən azaldacaq. Yəni mikro sahibkarın 2025-ci ildə dövriyyəsi 300 min manat olmuş və mikro sahibkarlıq subyektindən çıxaraq kiçik sahibkarlıq subyekti olmuşdur. O zaman 2025-ci il üçün hesablanmış 60 000 manat (300 min*20%) gəlir (mənfəət) vergisindən güzəşt hüququndan istifadə edə bilmədiyi 2024-cü ildə ödədiyi 20 000 manat verginin 75%-ni, yəni 15 000 manat vergi məbləğini çıxacaq. Yəni 2025-ci ildə vergi ödəyicisinin büdcəyə ödəyəcəyi gəlir(mənfəət)vergisi 45 000 (60 000-15 000) manat olacaqdır.Bu əlavənin məqsədi vergi ödəyicisini digər sahibkarlıq subyekti kateqoriyasına keçməyə motivasiya etməkdir, stimul verməkdir. Burada diqqət edilməli mühüm məqam ondan ibarətdir ki, vergi ödəyicisi mikro sahibkarlıq subyektindən kiçik sahibkarlıq subyektinə keçəndə o halda əvvəlki illərdə ödədiyi mənfəət (gəlir) vergisi məbləğinin 75%-ni kiçik sahibkarlıq subyekti olduğu dövrdə ödəyəcəyi vergidən azalda bilər ki, ödəyicisi mikro sahibkar olduğu dövrdə güzəşt hüququndan istifadə edə bilməyib və dövriyyəsi güzəşt tətbiq edilmədən 20% dərəcəsi ilə mənfəət (gəlir) vergisinə cəlb edilib. Əgər vergi ödəyicisi mikro sahibkar olduğu dövrdə güzəşt hüququndan istifadə etmişsə və verginisini ödəmişsə o zaman artıq həmin vergi ödəyicisi kiçik sahibkar olduğu dövrdə mikro sahibkar vaxtı ödədiyi verginin 75%-ni kiçik sahibkar vaxtı ödədiyi vergidən çıxa bilməyəcək".
Anar Bayramov əlavə edib ki, həmçinin digər bir diqqət yetirməli məqam mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi 3 işçisi olsa belə əmtəəsiz əməliyyatlar aparırsa, o zaman əmtəəsiz əməliyyatlar olan hissəyə güzəşt tətbiq edilməyəcək:
"Məsələn vergi ödəyicinin il ərzində 150 min dövriyyəsi olmuş, lakin bu dövriyyənin 30 000 manat hissəsinin əmtəəsiz əməliyyat olması müəyyən edilmişdir. O zaman ancaq 120 000 manat hissəyə 75% güzəşt tətbiq ediləcəkdir, 30 000 manat hissə isə əmtəəsiz əməliyyat olduğu üçün həmin dövriyyəyə 75% güzəşt tətbiq edilməyəcəkdir.
Başqa bir maraqlı hal isə ondan ibarətdir ki, məcburi dövlət sosial sığorta haqları üzrə borcun olmaması şərtinin vergi ödəyicisi üçün məcburi olmasıdır. Burada sual yaranır hansı tarixə vergi ödəyicisinin borcunun olmaması mütləqdir? Burada heç də vacib deyil ki, mütləq vergi ödəyicisinin şəxsi vərəqəsində 31.12.20XX tarixinə borc olmasın. Bildiyimiz kimi 4-cü rüb üçün MDSSH hesabatı növbəti il yanvar ayının 20-dən gec olmayaraq təqdim edilir və borcların ödənilməsinin son vaxtı əmək haqqı ilə eyni gündə, lakin yanvar ayının 15-dən gec olmayaraqdır. Yəni mikro sahibkar yanvar ayında MDSSH hesabatını təqdim edib, ödənişlərini edib, sonra mənfəət(gəlir) vergisi bəyannaməsini güzəşt tətbiq etməklə təqdim edə bilər".
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 22 saat sonra
- 7 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
13 d. əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 32 d. əvvəl
-
1 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 1 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Azərbaycan neftinin son qiyməti

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
