Ziraat Bank Azərbaycan 9 yaşını qeyd edir!
(®) Bu gün Ziraat Bank Azərbaycan 9 yaşını qeyd edir. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 saylı lisenziya əsasında fəaliyyət göstərir.
“Ziraat Bank Azərbaycan” ASC dünyanın 17 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunu üzvüdür. Ziraat Bank Azərbaycan öz müştərilərinə 8 filialı ilə yanaşı rəqəmsal xidmət kanalları vasitəsi ilə də xidmət göstərməkdədir. Bank öz geniş müxbir şəbəkəsinin təmin etdiyi imkanlardan faydalanaraq müştərilərinin beynəlxalq ticarətdə ehtiyac duyduğu bankçılıq məhsul və xidmətləri ilə təmin edir. Təsadüfi deyil ki, Bank xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə “Global Finance” beynəlxalq nəşri tərəfindən ardıcıl olaraq iki dəfə Azərbaycanda “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank”ı adına layiq görülüb.
Bank 9 illiyi ərəfəsində yeni, sayca 8-ci Babək filialını müştərilərinin istifadəsinə təqdim etmişdir. Yeni filialının açılışı zamanı Bankın İdarə Heyətinin sədri Dr. Selçuk Demir 2024-cü il ərzində Bankın xidmət şəbəkəsinin genişləndirilməsi və daha 3 filialının açılması haqqında məlumat vermişdir.
Ziraat Bank Azərbaycanın innovativ məhsul və rəqəmsal bankçılıq istiqamətində də bir çox uğurlarını qeyd etmək olar. Rəqəmsal satış və xidmət platformaları sayəsində Bankın müştəriləri qeyri-iş günlərində də bir çox bank əməliyyatlarını banka gəlmədən, rahatlıqla İnternet və Mobil Bankçılıq üzərindən həyata keçirə bilirlər.
Ziraat Bank Azərbaycan 9 illik fəaliyyəti dövründə müştərilərinə keyfiyyətli xidmətlər təqdim etməsi ilə yanaşı, ölkənin bank sektoru üçün beynəlxalq təcrübəyə malik, peşakər mütəxəssislərinin yetişdirilməsi sahəsində uğurla fəaliyyət göstərmişdir. Belə ki, bank tərəfindən bu günədək 100-dən çox əməkdaş Türkiyədə fəaliyyət göstərən T.C. Ziraat Bankası A.Ş-in Bankçılıq məktəbinə təhsil almaq üçün ezam edilmişdir. Qeyd etmək lazımdır ki, bu əməkdaşların böyük əksəriyyəti yeni iş fəaliyyətinə başlayan gənclərdir. Ziraat Bank Azərbaycan rəhbərliyi, işə yeni başlayan gənc kadrların beynəlxalq bankçılıq təcrübəsinə əsasən hazırlanmasının Bankın əsas prioritetlərindən biri olduğunu qeyd etmişdir.
Ziraat Bank Azərbaycan rəhbərliyi 9 illik uğurlu fəaliyyəti üçün bankın işçi heyətinə və onlarla birlikdə addımlayan müştərilərinə dərin təşəkkürünü ifadə etmişdir. Biz də öz növbəmizdə Bankı 9 yaşı münasibətilə təbrik edir, uzun illər müştərilərinin xidmətində olmasını arzu edirik!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)



.jpg)






